Rusiya hökuməti “Türk axını” qaz boru kəməri üzrə müqavilənin təsdiq olunması barədə qanun layihəsini qəbul edib.
“TASS” agentliyi xəbər verir ki, “Türk axını” müqaviləsinin qəbul olunması üzrə qanun layihəsinin təsdiq edilərək Dövlət Dumasına göndərilməsinə qərar verilib.
Xatırladaq ki, dekabrın 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya təbii qazını Qara dənizi keçməklə Türkiyəyə çatdıracaq “Türk axını” qaz boru kəməri layihəsi üzrə iki ölkə arasında imzalanan hökumətlərarası sazişi ratifikasiya edib.
Oktyabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putinin görüşündə “Türk axını” qaz boru kəməri layihəsi üzrə hökumətlərarası saziş imzalanıb. Sazişi Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak və Rusiyanın energetika naziri Aleksandr Novak imzalayıblar.
“Türk axını” ilə Rusiya təbii qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Kəmərlə ümumilikdə 31,5 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihə üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulur.