AXTAR

Azərbaycandan Avropaya hərarət axır

CQD

 

“Cənub Qaz Dəhlizi” enerji daşıyıcılarının prioritet istiqamətidir
Azərbaycan qazı Avropa bazarını fəth edəcək. “Cənub Qaz Dəhlizi”layihəsinin gerçəkləşdirilməsi həm Azərbaycana, həm də Avropa Birliyinə xeyir gətirən sərfəli layihədir. Trans Anadolu (TANAP) qaz kəmərinin işə düşməsi ilə layihənin birinci fazası başa çatıb. Layihənin təşəbbüsçüsü Azərbaycan olsa da sonradan onun faydalılığını görən ölkələr bir-birinin ardınca layihəyə qoşulublar. Nəticədə dəhlizin uzunluğu və dəyəri artıb. 40 milyard dollarlıq bu layihə kifayət qədər bahalı sayılır. Amma onun xeyri dəyərindən qat-qat artıq olacaq. Məbləğin yarıdan çoxu Azərbaycan və Gürcüstan iqtisadiyyatına yatırılıb.
Bu dəhlizin yaranmasında Türkiyə daim Azərbaycanın yanında olub, Gürcüstan isə tranzit ölkə kimi kəmərin çəkilməsində yaxından iştirak edib. Mütəxəssislərin hesablamalarına görə, Türkiyə bu kəmərlə ildə 12,6 milyard kubmetr qaz idxal edəcək. Layihənin ikinci fazasını isə Trans Adriatik Qaz Kəməri (TAP) təşkil edir ki, bu da Azərbaycan qazının Yunanıstan və Albaniyadan keçməklə İtaliyaya nəqlini nəzərdə tutur. Uzunluğu 870 kilometr olacaq TAP “Şahdəniz” yatağının ikinci fazasının mavi yanacağının ötürülməsinə hesablanıb. Türkiyə, Yunanıstan, Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. TAP layihəsinin əsas mənbəyi " İkinci mərhələdə Avropaya nəql olunacaq mavi yanacağın həcmi 20 milyard kubmetrə çatdırılacaq. Düzdür, bundan əvvəl də Azərbaycan Avropaya qaz nəql edib. Lakin, bu, Rusiya ərazisindən keçməklə başa gəlib. CQD-i ilə isə Azərbaycan öz qazını birbaşa Avropa bazarına çıxaracaq.
CQD-nin fəaliyyətə başlamasının Avropa üçün önəmi böyükdür. Bunun həm iqtisadi, həm də siyasi çalarları var. Belə ki, hazırda Aİ-nin illik qaz ehtiyacə 200 milyard kubmetrdir. Lakin mütəvəssislərin fikrincə, yaxın illərdə bu tələbat 400 milyard dollara çatacaq. Çünki, Avropa İttifaqı ekolojiçirklənmənin səviyyəsini azaltmaq üçün mazutun daha təmiz təbii qaz yanacağı ilə əvəzləməyi qarşıya məqsəd qoyub. Bunun müqabilində yaxın gələcəkdə Aİ-nin daxili ehtiyatlar hesabına tədarük etdiyi qazın 100 milyard kubmetr azalacağı proqnozlaşdırılır. Demək, Avropa əlavə olaraq 300 milyard kubmetr qazın axtarışındadır. Azərbaycanın CQD-ni genişləndirmək təşəbbüsü bu axtarışa vaxtında verilmiş reaksiya kimi əhəmiyyətlidir.
Ölkənin iqtisadi gedişləri yalnız əməkdaşlıq və digər ölkələrin ehtiyacını ödəmək məqsədi gürdmür. Təkcə, “Şahdəniz” yatağının iki fazasının işlənilməsindən Azərbaycan 100 milyard dollardan çox gəlir əldə edəcək. Bu yatağın ehtiyatları isə hazırda 1,4 trilyon kubmetr həcmində qiymətləndirilir. Ancaq Xəzərin Azərbaycan sektorunda kəşfiyyat-qazma işləri davam edir. Perspektivdə “Apşeron” yatağının işlənməsi və İranla birgə yeni yataqların birgə işlənməsi məsələləri var. Bunlar kəmərin uzun müddət üçün səmərəli fəaliyyətinin saxlanmasına kömək edəcək. Lakin bundan başqa digər ölkələrin, məsələn, Türkmənistanın, İraqın, İranın və ola bilsin ki, İsrailin də Cənub Qaz Dəhlizindən istifadə edərək Avropaya qaz ixrac etməsi gündəmə gəlsin. Buna görə də kəmərin istismarı azı 100 il davam edəcək.
TANAP-a ilk qazın vurulması mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev layihənin səmərəliliyi haqda deyib: “Hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqları tam təmin edilib. Bu maraqlar balansı olmasaydı, layihə tam həyata keçirilə bilməzdi. Biz qarşılıqlı faydalı əməkdaşlığı təmin etməliyik. Ölkələr və şirkətlər qarşılıqlı siyasi, iqtisadi mənfəətini təmin etməlidir. Azərbaycan da istehsalçı ölkə kimi öz mənfəətini götürür”. Bu sözlər Azərbaycanın bütün sahələrdə həyata keçirdiyi balanslı siyasətin mənfəətli olmasını sübut edir. Avropa Azərbaycana bir tərəfdaş kimi güvənir və əməkdaşlıq edir. Azərbaycan isə iqtisadiyyatını inkişaf etdirir, yüksək məqsədlər uğrunda çalışır.
İKSmedia.az

Oxşar məqalələr