AXTAR

Dövlətə milyonlarla vergi borcu olan nazirliklər hansılardır?

vergiler-naz.jpg

Azərbaycanda vergi ödəyicilərinin vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər üzrə borcları silinib. FaktXəbər-in məlumatına görə, Vergilər Nazirliyi yanvarın 1-dən bəri vergi borcuna hesablanmış faiz və maliyyə sanksiyasına amnistiya tətbiq edilən vergi ödəyicilərinin adbaad siyahısını açıqlayıb.


Siyahıda borcu tam silinən 18 min 932 hüquqi, 50 min 163 fiziki şəxsin adı əksini tapıb. Onların borcunun toplam məbləği 727 milyon 273 min 931 manat olub ki, bunun da sadəcə 36 milyon 744 min 931 manatı  fiziki şəxslərə aiddir.

"Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar vergi borclarının silinməsi qaydasına uyğun olaraq, daha 11 min 480 borclu hüquqi şəxs 327 milyon 806 min manat məbləğində borcu yanvar, fevral və ya mart aylarında qismən (30; 50; 70 faiz) ödəyəcəkləri təqdirdə borcun qalan hissəsini ödəməkdən azad olunacaqlar.

Vergi borcu silinənlər arasında Azərbaycan İslam həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (22 milyon 676 min 116 manat), Gənclər və İdman Nazirliyi (4 milyon 175 min 386 manat), Nəqliyyat Nazirliyi (1 milyon 998 min 41 manat), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (158 min 688 manat), Əmlak Məsələləri Dövlət Komitəsi (14 milyon 145 min 400 manat) və "Azərsu" ASC (13 milyon 692 min 458 manat) də var.

Oxşar məqalələr