AXTAR

Dünya Bankı Azərbaycanla kredit sazişi imzaladı

dunya banki

 

Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi üzrə ayrılan kreditlə bağlı Azərbaycan hökuməti ilə Dünya Bankı arasında saziş imzalanıb.
“Report” xəbər verir ki, imzalanma mərasimi Azərbaycan Maliyyə Nazirliyində baş tutub.
Sənədi Dünya Bankı tərəfindən Cənubi Qafqaz regionu üzrə direktoru Mersi Tembon (Mercy Tembon), Azərbaycan tərəfindən “Cənub Qaz Dəhlizi” (SGC) QSC-nin baş direktoru Əfqan İsayev (benefisiar) və maliyyə naziri Samir Şərifov (zəmanətçi) imzalayıblar.
Qeyd edək ki, Dünya Bankının Direktorlar Şurasının dekabrın 20-də elan etdiyi qərarı ilə Bank TANAP-a ümumilikdə 800 mln. dollar kredit ayırıb.
Kreditin 400 mln. dollarını Azərbaycan dövlətinin zəmanəti ilə “SGC” QSC, digər 400 mln. dolları isə Türkiyə dövlətinin zəmanəti ilə BOTAŞ alıb.
Kredit “Cənub Qaz Dəhlizi” (SGC) QSC-yə 30 il müddətinə, Türkiyənin BOTAŞ şirkətinə isə 29 il müddətinə verilib.
Şərtlərə görə, SGC və BOTAŞ-ın hər birinin əldə etdiyi 400 mln. dollarlıq kreditə görə ilk 5 il üçün güzəşt müddəti təqdim olunub.
Qeyd edək ki, Dünya Bankı borcu LİBOR+1% dərəcəsi ilə ayırıb.

Oxşar məqalələr