AXTAR

Yeni limit qaz tarifinin əhalinin 75%-nə şamil olunmamasına imkan verəcək

qaz.jpg

Bunu Trend-ə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Tarif Şurasının limitlərə yenidən baxılması qərarı əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlib.

 

İ.Kərbəlayev deyib: “İllik qaz istehlakının əvvəlki tarif üzrə (min kubmetr üçün 0,1 manat) limiti 1500 kubmetrdən 1700 kubmetrədək artırılıb. Bu isə o deməkdir ki, yeni hesablama mexanizminin əhatə etmədiyi əhali qrupu 75 faizədək yüksələcək. Biz əhalinin maraqlarını müdafiə edən bu qərarı alqışlayırıq”.

Oxşar məqalələr