Bu barədə Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsində qeyd olunub.
Sənəddə bildirilib ki, agentliyin yaradılması üçün 10 mln. manat investisiya tələb olunur.
Strateji Yol Xəritəsi çərçivəsində KOS üzrə xüsusi sənaye zonalarının və klasterlərin yaradılmasına 630 mln. manat, KOS subyektlərinin beynəlxalq ticarət əməliyyatları üçün maliyyə xidmətlərinin genişləndirilməsi və birbaşa xarici investisiyaların təşviqinə 3 mln. manat, biznes inkubatorları və startap layihələrinin inkişaf etdirilməsi, model müəssisələrin yaradılmasına 50 mln. manat investisiya tələb olunur.