AXTAR

"Jumeirah" Bakıdan gedir

jumeyrah baku

 

"Jumeirah" brendi və "Jumeirah Bilgah Beach Hotel" sahibkar şirkəti ilə əldə olunan razılığa əsasən "Jumeirah" riteyli Azərbaycanı tərk edir.
IKSmedia.az fins.az-ın oteldən aldığı məlumata istinadən bildirir ki, tərəflər arasındakı idarəetmə müqaviləsi bu ilin sonunada, yəni 31 dekabr 2016-ci ildə bitəcək. Bununla əlaqədar olaraq 2017-ci ildən otel daha "Jumeirah" adını daşımayacaq. Otelin hansı ad altında fəaliyyətini davam etdirəcəyi və habelə xarici otellər şəbəkəsi ya yerli otel brendi tərəfindən idarə olunacağı barədə məlumat isə konfidensial olaraq saxlanılır. Lakin otelin rebrendinqə məruz qalacağı ehtimal olunur.
Məlumat üçün bildirək ki, Bakıda 2012-ci ildən fəaliyyət göstərən "Jumeirah Bilgah Beach Hotel" Xəzər dənizinin sahilində, 300 metr uzunluqda özəl çimərlik xəttinə malik müasir kompleksdir. Kompleksə müxtəlif kateqoriyalara məxsus 176 otaq, eləcə də 14 şəxsi kottec daxildir.
Xatırladaq ki, son bir il ərzində Azərbaycan artıq üçüncü otel brendindən məhrum olur. 2015-ci ilin yayında "Rixos" brendi "Samaxi Platinum Hotel by Rixos"dan imtina edəndən sonra otel "Samaxi Palace Sharadil Hotel" kimi transformasiya olunub. 2016-ci ilin iyulunda isə "Kempinski" brendi “Kempinski Hotel Badamdar”dan gedəndən sonra hotel “Badamdar Hotel Baku” adı ilə fəaliyyətini davam etdirir.
Onu da qeyd edək ki, "Jumeirah Hotels and Resorts" dünyanın ən dəbdəbəli mehmanxana və kurort şəbəkəsi 1997-ci ildə təsis olunub. Uğurlu fəaliyyət nəticəsində 2004-cü ildə "Jumeirah Group" Dubay şəhərinin aparıcı müəssisələr və layihələr birliyi olan "Dubai Holding" birliyinin üzvü seçilib.

Oxşar məqalələr