AXTAR

Gürcüstanda da ət kəskin bahalaşdı, ixrac dayandırılır

inek

 

Yaxın günlərdə Gürcüstan hökuməti mal ətinin Türkiyəyə ixracına kvota qoya bilər.
Virtualaz.org saytı “Kommersant” qəzetinə istinadən xəbər verir ki, artıq bu məsələ Kənd Təsərrüfatı Nazirliyində də müzakirə edilir, bununla bağlı qapalı görüşlər də keçirilir.Kənd Təsərrüfatı Nazirliyi özü isə məlumatı təsdiq etmir, hər hansı şərh vermək istəmir.
“Gələcəyin Ferması" təşkilatının nümayəndəsi Mixail Çiçaqyanın sözlərinə görə, kvotalar haqqında danışıqlar həqiqətən aparılır, amma bu barədə ətraflı məlumat əldə etmək mümkün deyil."Biz kvotadan danışırıqsa, türklərin nə qədər idxal etməkləri deyil, bizim nə qədər ixrac edə bilməyimiz nəzərə alınmalıdır. Ən əsası heyvandarlığı saxlamaq lazımdır, bunun üçün də kvotaların tətbiqi vacibdir”- deyə M.Çiçaqyan bildirib.
Onun sözlərinə görə, mal əti ehtiyatının nə qədər olduğunu dövlət özü müəyyən etməlidir, bundan sonra məhdudiyyətlərin tətbiqi haqqında danışmaq olar. "Əgər bunu etməsək, tezliklə bizdə mal əti Türkiyədən iki dəfə baha olacaq. Nəticədə yerli, ləziz ətin yerinə, Hindistandan gətitilən dondurulmuş ucuz, keyfiyyətsiz ət satılacaq " – deyə əlavə edib.
M.Çiçaqyan deyir ki , Gürcüstanda mal ətinin illik istehlakı 38 000 ton təşkil etsə də, yerli istehsal 18 000 təşkil edir. "İxracata 19 - 20 min gedir. Belə alınır ki, ölkə mal əti istehsalından çox ixrac edir. Buna görə də ətin qiymətində kəskin artım yaranır. Bizim istehsalçılarımız ətin kilosunu 12 lariyə satdığı halda Türkiyədə onun dəyəri 20-25-ə çatır" - Assosiasiyanın başçısı bildirib.
Ərzaq təhlükəsizliyinin Xidmətinin məlumatına görə, Gürcüstandan iribuynuzlu mal-qara Türkiyə, Azərbaycan, Misir, Səudiyyə Ərəbistanını və Suriyaya ixcar edilir. Məhz ixracın artması Gürcüstanda mal ətinin bahalaşması ilə bağlıdır.
Qeyd edək ki, Azərbaycanda da mal ətinin qiyməti durmadan artmaqdadır. Son bir ayda isə qiymətlərdə 10-15 faiz bahalaşma müşahidə olunur. Hazırda mağazalarda mal ətinin qiyməti 12-13 manat, qoyun əti isə 10-11 manatdır. Ekspertlərə görə bunun səbəbləri ətlik heyvanların sayının azalmasında, ət istehsalının maya dəyərinin artmasındadır.

Oxşar məqalələr