AXTAR

Qondarma qurumla işğalçı ölkə arasında ciddi qarşıdurma yaranır

Qarabağ klanının Ermənistanı fəthi və ötənilki süqutu düşmən ölkədə gərginliyi artırır

Ermənistanda çoxdan başlanan qarşıdurma pik nöqtəsinə çatmaqdadır. Əvvəllər gizli olan Qarabağ klanı və İrəvan klanı arasındakı öncüllük savaşı artıq açıq müstəviyə çıxarılıb. Bu haqda erməni cəmiyyətində bərkdən danışılır və irəvanlılar itirdikləri şan-şöhrət və var-dövlətə görə Qarabağ ermənilərindən qisaslarını almağa kökləniblər. Amma məsələnin siyasi şərhi də var. Ermənistanın yeni hakimiyyəti işğalçılıq siyasətinə yeni don geyindirməklə problemi özündən uzaqlaşdırmaq arzusundadır. Buna görə də o, sələflərinin “zibillərini” daşımaqdan xilas olmaq üçün ikibaşlı oyuna başlayıb. Azərbaycanın işğal edilmiş ərazisində yaradılan qondarma respublika ilə münasibətlər bu konteksdə getdicə gərginləşir. Ermənistanda hadisələrin bu cür gedişini “təhlükəli qarşıdurma” kimi qiymətləndirirlər.
Bu günlərdə İrəvanda ordu günü ilə əlaqədar keçirilən yığıncaqda artıq ilk açıq qarşıdurma hadisəsi yaşanıb. Belə ki, baş nazir Nikol Paşinyan “NKR”-in başına öz adamını gətirmək üçün hərəkətə keçib və bu qondarma respublikanın yeni qondarma prezidenti seçiləcək. Hazırda bununla əlaqədar iki istiqamətdə mübarizə qızışır. Birincisi, “prezident” vəzifəsi uğrunda, ikincisi isə köhnə kadrların istefası barədə. Kimlər gedəcək, kimlər gələcək məsələsində ermənilər arasında didişmə gedir. “NKR” təhlükəsizlik şurasının katibi Vitali Balasanyan onun səsləndirdiyi bəzi fikirlərə görə Qarabağdakı vəzifəsindən mümkün istefası haqda jurnalistin verdiyi suala cavabında bunun şayiə olduğunu qeyzlə deyib: “Ermənistandan heç kim mənim istefama səbəb ola bilməz, çünki mən öz öhdəliklərimi yerinə yetirirəm, nə vaxt bunu etməsəm arsax prezidenti müvafiq qərar qəbul edəcək”.

 

pasha balasanyan

 

Məsələ burasındadır ki, indi qeyri-qanuni olsa da qondarma prezidentin kim olacağı ətrafında ambisiyalar gündən-günə qızışır. Ermənistan hökumətinin namizədi Araik Arutyunyandır, Qarabağ klanının şeflərindən olan Koçaryanın tərəfdarı isə həmin Balasanyandır. V.Balasanyan 2008-ci il 1 mart hadisələrində günahlandırılır. Bunun həqiqət olub-olmaması hələ təsdiq olunmayıb. Ancaq hakimiyyət onu sıradan çıxarmaq üçün bu amildən istifadə edir. Qarşı tərəf isə qabaqlayıcı tədbir kimi İrəvanın “müstəqil dövlət”in işinə qarışmağa haqqı olmadığını bəyan edir. Bunu səbəb gətirən Balasanyan iddia edir ki, “prezident” olmaq fikrində deyil, işdir olsa, onu “xalq” seçəcək, daha İrəvanın göstərişi rol oynamayacaq. Onun mövqeyi açıqdan-açlğa İrəvan klanına, birbaşa Nikol Paşinuanın məqsədlərinə, bəlkə də hakimiyyətinə təhlükə törədir.
Beləliklə, qarabağlı general İrəvan və Xankəndi arasında qarşıdurmanı gərginləşdirir. İlk baxışda bu, Koçaryan komandasının oyunu sayılır. Ancaq unutmaq olmaz ki, bu şəxs göstərişləri birbaşa Kremldən alır. Tanınmamış respublikanın suveren dövlət kimi təqdim edilməsinin kökündə müəyyən məqsədlər olması aydındır. Lakin bu təqdimetmə mənasızdır, yalnız ona görə ki, “NKR”-in büdcəsi mahiyyəti etibarı ilə Ermənistan büdcəsindən ayırmalar hesabına yaranır. Nelə olan təqdirdə hansı suverenlikdən bəhs olunur, məlum deyil. Həm də başqa bir dövlətin ərazisində yerləşir.
İndi ermənilər sual edirlər ki, Vitali Balasanyanın dediyinə görə, Ermənistanın “NHR”-in işinə qarışmağa haqqı yoxdur. Belə olan halda nə üçün Balasanyan 1 mart hadisələrindən danışaraq Ermənistanın daxili işlərinə qarışır?
Bütün bu olaylar Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün göstərdiyi səylərə görədir. Ermənilər qorxurlar, çünki, bilirlər ki, gec-tez Azərbaycan Qarabağı işğaldan azad edəcək, bunun üçün bütün resursları hazır vəziyyətdədir. İşğal zamanı törədilən cinayətlərin səbəbkarları ədalət qarşısında mühakimə olunacaq. Buna görə də vurnuxurlar.
Ermənistanın “Əriklər partiyası”nın sədri Zarui Postancyan bəyanat verir ki, Paşinyan keçmiş prezident Ter-Petrosyanın siyasətini davam etdirir. 21 il əvvəl Levon Ter-Petrosyan Qarabağ münaqişəsinin həll edilməsini anlayırdı və buna hazırlaşırdı. Onu Kremlin göstərişi ilə Koçaryan devirdi. İndi Paşinyan fərqli yolla gedərək Koçaryanla üz-üzə gəlir. Bir məsələ var ki, Paşinyanın əlində Ter-Petrosyan təcrübəsi var. Gözləyək görək, bu dəfə də Koçaryan qalib gələcək, yoxsa basılacaq.
N.NOVRUZ

Oxşar məqalələr