AXTAR

Paşinyanın “inqilab” komediyasının növbəti serialı

ayk marutyan

 

İrəvanın Ağsaqqallar Şurasına komik artist rəhbərlik edəcək

Sentyabrın 23-də Ermənistanın paytaxtı İrəvanın Ağsaqqallar Şurasına seçkilər keçirilib. Seçkilərin saxtalaşdırılması əvvəlcədən bəlli olduğundan seçicilərin böyük əksəriyyəti səsvermədən imtina əlaməti olaraq seçki məntəqələrinə gəlməyiblər. Buna görə də seçicilərin fəallığı cəmi 43,65% olub. Ekspertlərin fikrincə, baş nazir postunu tutan Paşinyanın seçkiqabağı təbliğat dövründə dəfələrlə mətbuatda, mitinqlərdə çıxış edib əhalini onun tərəfdarlarını dəstəkləməyə çağırması bir rəhbər işçi kimi ictimai rəyə təzyiq səciyyəsi daşıyıb. Erməni cəmiyyəti hələ elə bir səviyyəyə çatmayıb ki, öz fikrini hər şeydən üstün tuta. Erməni seçici ölkə rəhbərinin ağzına baxır, ağızdan çıxan sözlər hansı tərəfə uçsa, o da o tərəfə meyillənir. Lakin küçə məmurlarının antidemokratik fəaliyyəti bütünlükdə seçicilərin “saqqızını oğurlamağı” bacarmayıblar. Əslində, bu hal Paşinyanın inqilab komediyasının komik qəhrəmanlarının nəticədə meydan sulamalarına imkan yaradıb.
Seçkinin nəticələrinin əvvəlcədən planlaşdırılması haqda versiyanın əsaslandırılması baş nazirin çıxışlarında irəli sürdüyü rəqəmlərlə uzlaşmasıdır. Belə ki, Paşinyan bildirmişdi ki, ən azı seçicilərin 80%-i onun dəstəklədiyi “Mənim addımım” blokuna səs verməlidir. Qəribədir ki, həmin qrup nəticədə 81,06% səs toplayaraq “qalib” olub. Belə olan halda hətta Ermənistanda yaşamayan ekspertlərin də şübhəyə düşməyə tam əsası var. Bu məsələdə planlaşdırılmış seçki prosesinin izləri aydın görünür.
Seçkinin ardıcıl qayda pozuntuları ilə keçməsi haqda erməni mətbuatında külli miqdarda faktlar aşkarlanıb. Cəmi 475 məntəqəsinin fəaliyyət göstərdiyi seçkidə 129 pozuntu qeydə alınıb. Artıq prokurorluq daha ciddi olan 31 pozuntu üzrə təhqiqata başlayıb. “Sarukyan” blokundan olan deputat Şake İsayan özünün “facebook” səhisəndə “İrəvan” seçkisində bir nəfərin “Mənim addımım” blokunun xeyrinə bir neçə dəfə səs verməsi barədə həyəcan siqnalı verib. Bundan başqa əhalinin gözündə illüziya yaratmaq üçün səs vermiş seçiciləri səs verdikləri bülletenlərin şəklinin çəkilməsinə məcbur ediblər. Bu isə qanuna ziddir. Ermənistan ombudsmanının ofisi buna görə “Bu cür proses seçki hüququnu pozur” bəyantı ilə çıxış edib. İnsan hüquqlarının müdafiəçisi bildirib ki, vətəndəşa səsvermənin nəticəsini bildirməyə məcbur etmək Cinayət məcəlləsi üzrə cinayət hadisəsi sayılır, çünki, bu, səsvermənin gizliliyi prosesinin pozulması deməkdir. Bundan başqa vətəndaşın kabinədə seçki bülletenini doldurduğu vaxt orada kənar şəxsin olması da ciddi qanun pozuntusudur. Bu, vətəndaşın şəxsi fikrinə təzyiq deməkdir. İrəvan ağsaqqallarının seçilməsi prosesə bax beləcə biabırçı faktlarla zəngindir. İndi Paşinyan bu faktlar Qərb cəmiyyətinin qarşısına çıxacaq və maraqlıdır ki, Qərb qüsurlu seçkiyə necə münasibət bəsləyəcək. Axı, Qərbin ikiüzlü siyasətini beynəlxalq birlik çoxdan faş edib. Beləliklə, Paşinyan hökuməti İrəvan şəhərinin yerli özünüidarə orqanına seçkilərdə saxtakarlıq yolu ilə qalib gəlməyi bacarıb.
Bu seçkinin daha bir çaları onun qalibinin, yəni İrəvan şəhər hökumətini idarə edəcək Ağsaqqallar Şurasının sədri Ayk Marutyanın komik olmasıdır. Məsəl var, deyir, “su axar, çuxurun tapar”. Nikol Paşinyanın baş rolda oynadığı “inqilab” komediyasının personajları öz rollarını elə komik üslubda da oynayırlar. Çünki, əllərindən ayrı iş gəlmirlər. Amma həyat göstərir ki, belə “gülüşlərin” sonu ağlamaqla bitir və qəhjrəmənlar tragikomik vəziyyətdə teatrdan uzaqlaşırlar. Belə görünür ki, Paşinyan və onun komandasını da bu aqibət gözləyir. Amma nə edəsən ki, bu yolu onlar könüllü surətdə seçiblər.
N.NOVRUZ

Oxşar məqalələr