Ermənistanda baş verən məxməri inqilabdan və qərbyönümlü Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra Yerevan hansı istiqamətə gedir? Rusiyanın vassalı olaraq qalmaq istəyir, yoxsa Qərblə möhkəm ittifaq bağlayıb Moskva ilə üzülüşməyə hazırlaşır?
Virtualaz.org xəbər verir ki, “Komsomolskaya Pravda” qəzetinin müxbiri Darya Aslamova bu kimi suallara cavab axtarmaq üçün Ermənistana ezam edilib. Onun Ermənistandan hazırladığı ikinci reportaj Rusiya hərbi bazasının yerləşdiyi Gümrüdə hökm sürən əhval-ruhiyyə barədədir.
“Əgər Ermənistanı Rusiyadan qoparsalar Qafqazın qapıları üzünüzə həmişəlik bağlanacaq...”
Jurnalisti Gümrüdə əsasən 102-ci hərbi bazanın zabitlərinin yeyib-içdikləri “Qədim Ermənistan” restoranında qonaq ediblər.Onu Paşinyanın hakimiyyətdən saldığı Respublika partiyasından deputat Sukias Avetisyan müşaiyət edir. Ev kompotunu ləzzətlə içən deputat onu jurnalistə də təklif edir:
“Əgər Ermənistanı Rusiyadan qoparsalar Qafqazın qapıları üzünüzə həmişəlik bağlanacaq...”
-Dadına baxın. Bizdə meyvələr əladər, torpaq yaxşıdır, məhsulu isə daşıyıb satmağa yer yoxdur. Sovet dövründə İrana, İraqa, Gürcüstana aparırdılar. İndi isə satmaq üçün bazar yoxdur. Türkiyə ilə sərhədə buradan beş dəqiqəlik yoldur, amma sərhəd bağlıdır. Əvvəllər isə hətta Gümrüdən Qarsa qatargedirdi. Bir vaxtlar burada 38 sənaye müəssisəsi işləyirdi. Təkcə tekstil müəssisələrində 6 min adam işləyirdi. İndi isə biz Ermənistanın ən kasıb regionu, ən dilənçi şəhəriyik.
Burada heç bir antirusiya əhvalı yoxdur. Rus kilsəsi var, orada Birinci dünya müharibəsində həlak olan rus əsgərləri dəfn ediliblər. Mən özüm Rusiyada, Kaluqa meşələrində hərbi xidmət keçmişəm, Norilskdə, Tümendə işləmişəm. Rus uşaqları burada bizim uşaq bağçalarına gedir, sizin hərbçilər hətta ermənicə danışır.
Bəli, münaqişələr də olur. Axmaqlıq üzündən. Bax bu yaxınlarda planlaşdırılmış hərbi təlim keçirildi. Burada üç poliqon ola-ola hansısa axmaq zabit tank kalonu ilə Panik kəndinə hücum sınaqdan keçirməyi qərara alıb. Hətta kənd sovetinin sədrini xəbərdar etməyiblər. Adamlar səhər tezdən dəhşət içində yuxudan ayılıblar. Hər tərəfdə atışma, tanklar kəndə girir, uşaqlar ağlayır. Hamı düşünüb ki, müharibə başlayıb.
“Əgər Ermənistanı Rusiyadan qoparsalar Qafqazın qapıları üzünüzə həmişəlik bağlanacaq...”
–Razıyam, axmaqlıqdır. Amma həmin zabiti cəzalandırıblar, üzr istəyiblər. Hətta sakinlərlə barışmaq üçün kənddə konsert təşkil ediblər.
-Bilirəm. Amma elə adamlar var ki, hər şeydən panika yaratmağa çalışır. Onlara rusları qovmaq üçün qalmaqal lazımdır. İnqilabi hakimiyyət iqtisadiyyatı qaldırmağı, yeni müəssisələr tikməyi vəd edir. Lakin zavod açmaq istəyirsənsə gərək məhsulu satmağa bazar da tapasan. Bazar isə yoxdur. Biz axı coğrafiyanı dəyişə bilmərik. Türkiyə bağlıdır. Azərbaycan bağlıdır. İrana biz lazım deyilik, onların hər şeyi var. Biz onlara nə satasıyıq ki? Meyvə və konyak? Onlar içən deyil axı.
“Əgər Ermənistanı Rusiyadan qoparsalar Qafqazın qapıları üzünüzə həmişəlik bağlanacaq...”
İran və Türkiyə indi yeni dəmir yolu açıblar, Azərbaycanla Gürcüstana birləşdirən. Ermənistandan yan keçib, bizi nəqliyyat “meşokun” salıblar. Biz Avropa İttifaqı ilə niyə dostluq etmək istəyirdik? Fikirləşirdik ki, onlar sərhədi açmaq üçün Türkiyəyə təzyiq edəcəklər. Ərdoğan isə götürüb Avropa ilə də mübahisə etdi. Və o təzyiqlərə heç asqırmaqla da reaksiya vermir. Üstəlik Avropanın özünə də ermənilərin problemləri maraqlı deyil. Bütün nəqliyyat yolları, qaz Gürcüstan üzərindən gedir, hansı ki, biz onlardan tamamilə asılıyıq və gürcülər bundan istifadə edir. Bizim furalar 10 kilometr tıxacda dayanır ki, gürcü sərhədini keçsin. Neçə ildir deyirlər ki, Abxaziyadan keçən dəmir yolu açıla bilər. Amma açmırlar. Bu böyük siyasətdir.
“Əgər Ermənistanı Rusiyadan qoparsalar Qafqazın qapıları üzünüzə həmişəlik bağlanacaq...”
“Komsomolskaya Pravda”nın müxbiri Rusiyanı sərt tənqid etməsi ilə tanınan məşhur bloqqer, “Asparez” jurnalist klubunun rəhbəri Levon Barseqyanı da axtarıb. Barseqyanın barəsində rusiyalı jurnalistə danışanlar deyiblər ki, o, savadlı, ağıllı adamdır. Amma qaşınmayan yerdən qan çıxana qədər qaşıyır, yəni bir sözlə tənqidçidir. Onun jurnalist klubu Sorosdan və digər qərb təşkilatlarından ildə 240 min dollar alır. Bu isə dilənçi kökündə yaşayan Ermənistan üçün pis pul deyil.
“Asparez” klubu Gümrünün mərkəzində, eleqant malikanədə yerləşir. Levon Barseqyan jurnalisti təbəssümlə, nəzakətlə qarşılayır. Və rusiyalı jurnalist onun ofisində üzərində “USAİD” sözü yapışdırılmış stulları görüb qıcıqlanır və soruşur:
-Bu “nakleyka”nı qoparmaq olmaz bəyəm?
-Olmaz,-Levon gülür.-Stulları bu şərtlə gətiriblər ki, “nakleyka” qalacaq.
Darya ilə levonun söhbəti dərhal dalana dirənir.
-Sizi baş nazir Paşinyanın partiyasının fəalı adlandırırlar.
-Heç də elə deyil. Mən müstəqil adamam. Nikol Paşinyanın baxışlarını həqiqətən bölüşürəm, amma partiyasının üzvü deyiləm.
-Bəəym sizə onun hökumətində iş təklif etməyiblər?
-Ediblər. Amma mən imtina etmişəm. Məni müxalifətçi imici qane edir. Azadlıq mənim üçün ən böyük dəyərdir.
“Əgər Ermənistanı Rusiyadan qoparsalar Qafqazın qapıları üzünüzə həmişəlik bağlanacaq...”
-Sizi antirusiya mövqeli jurnalist adlandırılar.
-Mən Kremli tənqid edirəm. Nə olsun ki? İki il BAM-da (Baykal-Amur dəmir yol magistralı, SSRİ-nin ən iri infrastruktur layihəsi idi) xidmət etmişəm, hətta buna görə medal da almışam. Ona görə də Rusiyanın nə olduğunu mənə izah etmək lazım deyil.
Barseqyan jurnalistə Gümrüdə erməni ailəsini güllələyən rus əsgəri Permyakovun işinin açılmamış qalmasından, KTMT-nin fəaliyyətsizliyindən, Rusiya tərəfindən Ermənistana hörmətsizlikdən danışır. Jurnalist ona etiraz edir:
-Rusiya iki əsr boyu erməniləri müdafiə və xilas edib. Bizim Tehrandakı səfirliyimiz ermənilərə görə dağıdılıb, erməniləri onların doğma torpaqlarına köçürməklə məşğul olan böyük yazıçı Qriboyedov (İrandan erməniləri Qarabağa köçürməyi təşkil edən rus səfiri) həlak olub. SSRİ də sizin xalqınızın qaytarılması ilə məşğul olub. Stalin tərəfindən ermənilərin repatriasiyasını yada salın. Biz sizə görə döyüşmüşük.
-Siz bu ideyalarla artıq iki yüz ildir bizi yemləyirsiniz. Bu cür münasibət mənim xoşuma gəlmir: “biz sizi xilas etmişik, yoxsa siz olmazdınız”. Ermənistan 1918-ci ildə müstəqilliyini elan edib, sonra isə sovet qoşunları gəlib bizi işğal ediblər.
-Bu həmin məqam idi ki, Türkiyə parçalanırdı və siz onun vecinə deyildiniz! Milyon ermənini məhv edən genosidi də yaddan çıxarmısız? Əgər Rusiya arxanızda dayanmasaydı siz heç xəritədə olmazdınız!
-Bəs niyə bizi xilas etməyə gəldiniz?
-Çünki siz bizim üçün yad deyilsiniz. Biz xristian qardaşlarıq. Rusiya həmişə Qafqazda xristian forpostu yaratmağı arzu edib-Gürcüstan və Ermənistanla.
-Bu imperiya yanaşmasıdır,-Levon Barseqyan saymazyana bildirir.-Fakt faktlığında qalır. Ermənistan 1920-1991-ci illərdə sovet işğalı altında olub.
Bu vaxt rusiyalı jurnalisti kədərli, amma faydasız hisslər bürüyür. Ermənistan “sovet işğalı” altında necə inkişaf edirdi və çiçəklənirdi. “Mən Uzaq Şərqdə doğulub böyümüşəm. Yadımdadır, göyərmiş toyuq üçün iki saat növbədə dayanırdıq, şam yeməyində həmişə duzlu balıq, kartof və bağda yetişdirdiyimiz tərəvəzi yeyirdik. Mandarini ancaq Yeni ildə görürdük, kartoçka ilə. Sərt iqlim şəraitində necə işləyirdik. 12 yaşında ilk dəf Qafqaza gələndə şoka düşmüşdüm. Min nəfərlik toy, gümüşü folqada bəzək üçün qoyulmuş qarpızlar, dolub-daşan dadlı yeməklər, rəqs edənlərin başından səpələnən pullar. Üst-başı qızılla dolu qadınlar…Onlar bizə yuxarıan aşağı baxırdılar. “Biz sizi, rusları yedirdirik”-deyirdilər. Sonra aydınlaşdı kim kimi yedirdirmiş…”
Müxbir qeyd edir ki, Levon Barseqyan çox tanınmış biridir, amma tək deyil. Ermənistanda qərbin pulları ilə fəaliyyət göstərən 5 mindən çox QHT var. Onların yeganə məqsədi Rusiyanın əleyhinə işləmək, iki əsrlik rus-erməni münasibətlərini korlamaqdır.
“Əgər Ermənistanı Rusiyadan qoparsalar Qafqazın qapıları üzünüzə həmişəlik bağlanacaq...”
Rusiyalı jurnalist daha sonra özünün “köhnə erməni dostunun” fikirlərinə yer verir:
“Mən demişdim axı, Levon kimi adamlara hakimiyyət lazım deyil. Hakimiyyət böyük məsuliyyət tələb edir. Nə olursa olsun, günahkar həmişə sənsən. Levon kimilər isə istənilən hakimiyyəti nəzarətdə saxlamaq və istəyəndə dəyişmək istəyir.Onları Paşinyan artıq qane etmir. Çünki Paşinyan istəyir ki, Ermənistan KTMT-də qalsın, Avrasiya İttifaqında qalsın. O, Ermənistanın siyasi oriyentasiyasını dəyişmək istəmir. Bilirsinizmi amerikalılar müxalifətlə necə işləyir?
“Əgər Ermənistanı Rusiyadan qoparsalar Qafqazın qapıları üzünüzə həmişəlik bağlanacaq...”
Onlar deyirlər: siz pis yaşayırsınız, ona görə ki, hakimiyyət korrupsiyalaşıb. Bu hakimiyyəti kim müdafiə edir? Rusiya. Və dərhal oxları Rusiya tərəfə çevirirlər. Elə bilirsiniz Paşinyanı hakimiyyətdə qoyacaqlar? Amerikalılar artıq ikinci eşalounu hazırlayır, daha radikalını. Hətta üçüncünü. Bu gün Ermənistan uğrunda, şüurlara təsir etmək uğrunda informasiya müharibəsi gedir. Məqsəd Rusiyanı bu strateji nöqtədən çıxarmaqdır. Əgər Ermənistanı Rusiyadan qoparsalar Qafqazın qapıları sizin üzünüzə birdəfəlik bağlanacaq. Amma ümidinizi üzməyin. İnqilabdan sonra siz pis situasiya ilə üzləşdiniz, amma hələ hər şey itirilməyib…”