AXTAR

Beynəlxalq siyasətin Azərbaycan nümunəsi əleyhdarlarımıza ciddi təpkidir

azer alban
Bu gün beynəlxalq münasibətlər müstəvisində aparılan siyasətin uğuru ölkələrin inkişaf perspektivlərinin müəyyənləşməsində əsas istiqamətlərdəndir. Bu mənada Azərbaycanın dünya arenasında qazandığı yer digər ölkələrlə yaratdığı qarşılıqlı əməkdaşlıq əlaqələrinin xarakteri ilə düz mütənasibdir. Azərbaycanla Avropanın cənub ölkəsi Albaniya arasında mövcud əməkdaşlığın bu günlərdə yeni mərhələyə qədəm qoyması dediklərimizə bir nümunədir. Azərbaycanın dövlət başçısı İlham Əliyevin bu ölkəyə rəsmi dövlət səfəri və iki ölkə arasında aparılan danışıqların işgüzar məhaiyyəti siyasi və iqtisadi çəkisi etibarı ilə diqqəti cəlb edir.
Hazırda Qərblə Rusiya arasında münasibətlər Rusiya-Ukrayna müharibəsi fonunda ciddi surətdə zədələnib. Əgər Ukraynada silahlar guruldayırsa, Avropada Rusiyanın qaz şantajı və qarşılıqlı iqtisadi sanksiyalar böyük ajiotaj yaradıb. Avropa Birliyi ölkələri Rusiyadan aldıqları qazı itirdiklərinə görə yeni enerji mənbələri axtarışındadırlar. Və bu axtarışın əsas istiqaməti Azərbaycana yönəlib. Biz yaxşı xatırlayırıq ki, təxminən 10 il əvvəl ölkəmizdən Avropaya uzanan TANAP və TAP qaz boru kəmərlərinin tikintisinə Qərbdən ciddi maneələr yaradılırdı. 40-45 milyard sərmayə tələb edən bu nəhəng tikintiyə beynəlxalq təşkilatlardan kredit ayrılması siyasi məqsədlərlə ləngidilirdi. Lakin gələcək regional inkişafın perspektivlərini dəqiq hesablamağı bacaran Azərbaycan diplomatiyası, mübaliğəsiz olaraq Azərbaycan rəhbərliyi öz imkanları hesabına qardaç Türkiyənin köməyi ilə layihəni həyata keçirməyə israr etdi və bundan sonra Avropa bankları və dövlətlərinin bir hissəsi bu işdə əməkdaşlığa qərar verdi. Bakının uzaqgörən siyasəti bu gün öz bəhrəsini verir. Artıq iki ildir ki, Avropanın bir neçə ölkəsini Azərbaycan qazı ilə isidən TANAP və TAP kəmərlərinin gücünün ikiqat artırılması üçün fəaliyyətə başlanılıb. Albaniyada da dövlər başçıları bu mühüm məsələ barədə ciddi mesajlar veriblər. Çünki, Avropa ölkələri, o cümlədən Albaniya üçün Rusiya qazını əvəzləyəcək ən məqbul variant Azərbaycanla mavi yanacaq üzrə əməkdaşlığın gücləndirilməsidir.
Dövlət siyasətinin mnükəmməlliyi üzərinə qayıdaraq Azərbaycanın dövlət başçısının məhz indi – noyabrən 15-də Tiranaya səfərinin təsadüfi olmadığını yəqin edə bilərik. Belə ki, bu səfər dövründə, Fransa parlamentinin Azərbaycan əleyhinə qərəzli qətnamə qəbul etməsi və hüquqi əsası olmayan bu sənədlə Avropa Birliyi ölkələrini bizə qarşı sanksiyalar tətbiq edilməsinə çağırması anında Avropa ölkəsi olan Albaniya Azərbaycandan aldığı qazın miqdarını artırmaq barədə təkliflər səsləndirir. Demək, məqsədyönlü atılmış bu addım həm də Fransada yaradılan anti Azərbaycan ovqatına güclü zərbədir. Çünki, diplomatik dillə fransız siyasətçilərə açıq deyilir ki, sia səhv və qərəzli yoldasınız. Bunun dövlətimizin siyasətində növbəti uğur olması şəksizdir.

Novruz Novruzbəyli

Azad Vətən Partiyası Siyasi Şurasının sədri

Oxşar məqalələr