AXTAR

İsveçrədə Zəfər təntənəsi - fotolar

isve1

İsveçrənin paytaxtı Bern şəhərində Zəfər, Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş Günlərinə həsr olunmuş rəsmi qəbul və konsert proqramı təşkil edilmişdir.

Səfir Fuad İsgəndərov tədbirin rəsmi açılış hissəsində qonaqları salamlamış, Azərbaycan Respublikasının bu bayram günlərinin tarixi əhəmiyyəti haqqında ətraflı məlumat vermiş, Zəfərdən sonrakı dövrdə azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri barədə söhbət açmış, sülh danışıqlarının gedişatına diqqət yetirmişdir. Səfir bu danışıqların tarixdə ilk dəfə olaraq tərəflər arasında birbaşa, hər hansı bir kənar xarici vasitəçilərin iştirakı olmadan 2 oktyabr tarixində Cenevrədə təşkil edildiyi üçün İsveçrə hökumətinə dərin təşəkkürünü bildirmiş, sülh prosesinə süni çətinliklər yaratmağa çalışan bəzi qüvvələrin cəhdlərini pisləmişdir. Qonaqlara bildirilmişdir ki, Azərbaycanın sülh və yenidənqurma proseslərinə sadiq qalması Cənubi Qafqazın sabit və təhlükəsiz inkişafına təkan verməklə regionu Avropa və Asiyanı möhkəm tellərlə birləşdirən məkana çevirir.

Rəsmi açılış hissəsindən sonra tədbir konsert proqramı ilə davam etdirilmişdir. Proqramın əvvəlində İsveçrədə qaçqın kimi müvəqqəti məskunlaşmış Azərbaycan əsilli Ukrayna vətəndaşları Səfərova Elnurə və Əminə bacıları digər yeniyetmələrdən ibarət rəqs qrupu Azərbaycanın milli rəqs nümunələrini ifa etmişdir.

Proqram Sürix Ali İncəsənət Məktəbinin magistr pilləsində təhsil alan Azərbaycanlı skripkaçı Cəmilə Qarayusiflinin başçılıq etdiyi və İsveçrəli musiqiçilərdən ibarət “Trio Areal” üçlüyünün çıxışı ilə davam etmiş, dünya şöhrətli azərbaycanlı və xarici bəstəkarların klassik əsərləri ifa olunmuşdur.

Tədbirdə başda Azərbaycan-İsveçrə Hökumətlərarası İqtisadi Komissiyanın İsveçrədən olan həmsədri Ervin Bollinger, Xarici İşlər Federal Departamentinin Dövlət Katibinin müavini Anna İfkoviç olmaqla İsveçrənin yüksək səviyyəli rəsmiləri, İsveçrədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Azərbaycan diasporunun nümayəndələri, İsveçrənin ictimaiyyəti və mətbuat nümayəndələri iştirak etmişlər.

Çıxışlar, konsert proqramı, həmçinin verilən rəsmi qəbul yüzlərlə iştirakçı və tamaşaçılar tərəfindən yüksək rəğbətlə qarşılanmış və İsveçrə cəmiyyətində geniş əks səda doğurmuşdur.

Tədbirin sonunda qonaqlar üçün ziyafət təşkil olunmuşdur.

Tədbirdən şəkillər:

isve4

isve5

isve6

isve7

isve8

 

Oxşar məqalələr