AXTAR

Ermənistanın aradan çıxmaq üçün qaçmağa yeri qalmayıb

ermenistan

Vyana görüşünün iki əlamətdar formulu

 

 

Vyana görüşündən sonra Qarabağ münaqişəsi ilə bağlı proseslərin hansı istiqamətdə cərəyan edəcəyi indi politoloqları və ümumiyyətlə, ictimaiyyəti düşündürən əsas məsələdir. Görüş münaqişənin həlli üçün dəqiq heç bir nəticə verməsə də, danışıqların irəliləməsi üçün baza yaradılmasına rəvac verib. Bu, uzun illər ərzində istədiyi şəkildə danışıqları pozmağa nail olan Ermənistanın küncə sıxışdırılaraq qarşı stulda oturdulması deməkdir. Onun daha qaçmağa yeri qalmayıb. Azərbaycan tərəfi münaqişə üzərində siyasət quran iri dövlətləri də beynəlxalq hüquqa hörmət etməyə, özlərinin qəbul etdikləri qərarlara əməl etməyə dəvət edib. Bu, Vyana görüşünü əlamətdar hadisə kimi xarakterizə etməyə səbəb yaradan birinci amildir.
İkinci amil isə Azərbaycan ərazisini işğal edib, orada qondarma qurum yaradaraq sonradan həmin qurumu müstəqil dövlət kimi Azərbaycanla qarşı-qarşıya qoymaq cəhdinin tam iflasa uğramasıdır. Vyana görüşündə Azərbaycan Prezidentinin inamla ifadə etdiyi kimi danışıqların formatının dəyişilməməsi prinsipi məhz bu fikri ehtiva edir.
Tarixi faktlara və beynəlxalq qurumların sənədlərinə görə işğalçı Ermənistan artıq əsl simasında təqdim olunur. Bu, Azərbaycan diplomatiyasının səyləri hesabına qaçılmaz dəlil kimi danışıqlarda təsbit olunub və Vyana görüşü bununla, yəqin, yeni gündəliyin tərtib olunmasında mühüm rol oynayacaq. Çünki, məntiqi mülahizələrə görə, işğalçıya heç vaxt şans verilməməlidir və o, törətdiyi əmələ görə cavab verməlidir. Üstəlik, beynəlxalq qanunlara, hüquq və normalara əməl etmək də Ermənistanın borcudur. Bu qanunlar isə Azərbaycanın haqqını müdafiə edir.
Görüş ərəfəsində və ondan sonra Ermənistanın siyasi dairələrində, o cümlədən Azərbaycanın Qarabağ bölgəsində yaşayan separatçı ermənilər arasında ciddi təşviş yaşanır. İrəvanda keçmiş hakimiyyət üzvlərinin cəmləşdiri Ermənistan Respublika partiyasının sədr müavini Armen Aşotyan bildirib ki, Paşinyanın Qarabağı danışıqlar stoluna qaytarmaq vədinin artıq heç bir perspektivi yoxdur. Bu rəy onun göstəricisidir ki, formatın dəyişlməyəcəyi İrəvanda da aydındır. Digər tərəfdən,aydın görünür ki, belə fikirləri dövriyyədə saxlamaqla əslində hakimiyyətdən salınmış Qarabağ klanı siyasi qisas almaq üçün hər cür vasitədən stifadə etməyə çalışır və münaqişəsin siyasi alver predmeti çərçivəsindən çıxarmağa razı deyil. Paşinyan da bu səbəbdən daxildə və Azərbaycanla danışıqlarında fərqli mövqe sərgiləyir. Lakin o, erməni olaraq strateji məqsəddən kənara çıxmağı düşünmür. Yəni, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ilhaqını qanuniləşdirmək üçün işin davam etdirilməsinə çalışır, sadəcə, bunun üçün yeni taktika sərgiləyir.
Erməni cəmiyyəti bundan əvvəl keçirilmiş Vyana və Sankt Peterburq danışıqlarınında onların mövqeyini üstün olaraq ifadə edən təkliflərin inkişaf etdiriləcəyini gözləyirdi. Lakin Prezident İlhasm Əliyevin dəqiq ölçülüb-biçilmiş və həqiqəti qanunlar çərçivəsində müdafiə edən siyasi addımları sayəsində düşmənin təcavüzkar niyyətinin puç edilməsi mhədəflənib və bu yolda bütün gedişlərin qarşısı sərt şəkildə alınıb.
Sonuncu Vyana görüşündə baş verənlərdən sonra ermənilər Ermənistan və Azərbaycandakı qondarma qurum arasında “ikitərəfli” əlaqələrin genişləndirilməsinə çalışacaqlar. Bununla erməni strateqlər öz aləmlərində “DQR”in müstəqilliyini təsbit etmək istəyəcəklər. Lakin digər bütün bu kimi siyasətlərin aqibəti ilə üz-üzə qalacaqlar. Tarix boyu bütün hallarda olduğu kimi Ermənistan mənsubları siyasəti oyuncaqla səhv salırlar. Onlar həmişə başqalarının qoltuğuna sığındıqlarından siyasi danışıqlarda naşıdırlar və elə bilirlər ki, ağızlarına və ağıllarına gələni danışmaqla nəyəsə nail olmaq olar. Daha anlamırlar ki, bu istiqamətdə deyilən hər bir söz yaddaşa yazılır və vaxtı gələndə onun məsuliyyətini daşımaq lazım gəlir.
ABŞ-a “gəzməyə” gedən Ermənistanın müdafiə naziri Tonoyanın da “yeni müharibə ilə yeni torpaqların işğalı” barədə sayıqlamaları Qarabağ münaqişəsinin həlli tolunda ölkəsinin zəif mövqeyini göstərir. Beynəlxalq hərbi qiymətləndirmə təşkilatlarının orduların reytinqi cədvəlində erməni Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusundan ikiqat zəif olduğu bildirilir. Belə bir qüvvə ilə yeni torpaqlar necə zəbt oluna bilər?! Əksinə, indi erməni ekspertlər dad döyürlər ki, Azərbaycan tək Qarabağı azad etməklə kifayətlənməyib, qədim torpaqları olan indiki Ermənistan ərazisini də sərhədləri daxilinə qatacaq. Erməni qeyri-hökumət təşkilatları son əlac kimi bu fikri də genişləndirməklə Azərbaycanın ilhaqçı obrazını yaratmağa çalışacaqları da istisna deyil.
Bütövlükdə, Vyana görüşü Qarabağ münaqişəsinin həllində, Cənubi Qafqazda sülhün bərqərar olması yolunda atılmış yeni, siyasi perspektivi olan addımdır.
N.NOVRUZ

 

Oxşar məqalələr