Vaqif Aydınoğlu Lavrov haqda süjetdən danışdı — "Nə fikir səsləndirmişəmsə, arxasında dayanıram"
ATV-nin Xəbərlər Departamentinin baş redaktoru Vaqif Aydınoğlu haqqında yazılan xəbərlərə münasibət bildirib
Aydınoğlu Ölkə.Az-a açıqlamasında qeyd edib ki, Rusiyanın və bu ölkənin xarici işlər naziri Sergey Lavrovun Qarabağ məsələsinə dair mövqeyini kəskin tənqid edən süjetdən sonra təzyiqə məruz qalması barədə xəbərlər həqiqəti əks etdirmir.