AXTAR

Vaşinqton institutu Trampdan erməni genosidi haqda qanun layihəsini bloklamağı tələb edir

vaşinqton institutu

 

Müəlliflər təsdiq edirlər ki, Tramp administrasiyası Türkiyəyə münasibətdə “siyasətə yenidən baxmalı” dır
Armenian Weekly həftəliyi xəbər verir ki, Vaşinqton Yaxın Şərq İnstitutu (WINEP) ABŞ-ın seçilmiş prezidenti Donald Trampı erməni genosidinin Konqres tərəfindən təsdiq edilməyəcəyi barədə Türkiyəyə “zəmanət” verməyə çağırıblar.
“Birləşmiş Ştatlar Türkiyəyə zəmanət verə bilər ki, erməni genosidi barədə qətnamə ABŞ Konqresində qəbul olunmayacaq. Bu həmişə münasibətlərdə böhrana səbəb olur və türklərin əksəriyyəti bu məsələyə dərin həssaslıq göstərirlər”,- müəllifləri ABŞ-ın Türkiyədəki keçmiş səfiri Ceyms F.Cefri və türk alimi Soner Çaqaptay olan məruzədə belə deyilir.
Amerika erməni milli komitəsi (ANCA) məsələdən sosial şəbəkələr və digər kanallar vasitəsilə xəbər tutub. Təşkilat özünün tvitter səhifəsində Vaşinqton institutunun icraçı direktoru Robert Satlovdan soruşur: “Nə üçün Vaşinqton institutu erməni genosidi məsələsinin bloklanması haqda çağırışlar üçün platforma təqdim edir?”
Görünür, ABŞ-dakı erməni diasporu və lobbisi Trampın hakimiyyəti dövründə həqiqətən qapı arxasında qalacaqlar.
İKSmedia.az

Oxşar məqalələr