Ermənilərin 1977-ci il yanvarın 8-də Moskva metrosunda törətdiyi terror aktı ilə bağlı cinayət işinin məxfilikdən çıxarılmasını tələb edən petisiya hazırlanıb.
Trend-in məlumatına görə, petisiyanı rusiyalı tarixçi Oleq Kuznetsov hazırlayıb.
Xatırladaq ki, 40 il əvvəl - 1977-сi il yanvarın 8-də “Ermənistanın milli birləşmiş partiyası” adlı ekstremist qruplaşmanın üzvləri Stepan Zatikyan, Zaven Baqdasaryan və Akop Stepanyan Moskvanın "İzmaylovo" və "Pervomayskaya" metro stansiyaları arasında vaqonda partlayış törədiblər. Hadisə nəticəsində 7 nəfər ölüb, 37 nəfər isə xəsarət alıb.
Həmin vaxtdan bu cinayət işi ilə bağlı məhkəmə prosesi ictimaiyyətdən gizli saxlanıb. 1979-cu il yanvarın 30-da məhkəmə terrorçu ermənilər barəsində ölüm hökmü çıxarıb və onların hər üçü güllələnib./trend