AXTAR

Xalq artisti vəfat edib

72186089.jpg

Muxtar Maniyev dünyasını dəyişib

 

Azərbaycanın xalq artisti Muxtar Maniyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov bildirib ki, dəfn mərasimi bu gün "Təzəpir" məscidində keçiriləcək.

M.Maniyev 1935-ci ildə Bakıda doğulub. İlk təhsilini 199 saylı məktəbində alıb. Neft-Kimya İnstitutunda mühəndis ixtisası alıb. Mühəndis diplomu aldıqdan sonra sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutuna təqdim edərək ikinci təhsil ardınca gedib.

M.Maniyevin kinoya gəlişi "Onu bağışlamaq olarmı?" filmi ilə başlayıb. Çox keçmədən ardınca "Koroğlu" filminə çəkilib. Kinorejissor Hüseyn Seyidzadə bu filmə aktyor axtarışı üçün instituta gələndə Muxtarı elə ilk baxışdan gözü tutub və onu dəmirçi oğlu Polad rolunda çəkib. Sonrakı illərdə bir-birinin ardınca "İnsan məskən salır", "O qızı tapın", "Bizim Cəbiş müəllim" filmlərində M.Maniyev çox uğurlu qəhrəmanları ekranda canlandırmaqla özünü təsdiq edib.

Azərbaycan kinosunu onsuz təsəvvür etmək çətindir. Onun rolları milli, xarakterlidir. Rejissorlar da ona elə bu tip rolları həvalə edirdilər. Heç təsadüfi deyil ki, xalq artisti 157 filmə çəkilib.

Allah rəhmət eləsin!

Oxşar məqalələr