AXTAR

Hindistanın beynəlxalq film festivalında Azərbaycan filmləri də iştirak edəcək

sarilar qarabag ati

 

 

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından adığımız məlumatda bildirilir ki, “Onun atası” qısametrajlı bədii və “Sarılar – Qarabağ atının izi ilə” sənədli filmləri Hindistanın VI Kəlkətə Beynəlxalq Uşaq Film Festivalına dəvət alıb. Otuz üç ölkədən 200 filmin təqdim olunduğu festival dekabrın 31-dək davam edəcək.
“Onun atası” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan “40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov və Ülviyyə Rza canlandırıblar.
“Sarılar – Qarabağ atının izi ilə” sənədli filmi Mədəniyyət və Turizm Nazirliyi və “BP Azərbaycan”ın dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası və Almaniyanın “Studio Tor 1” Filmproduktion tərəfindən istehsal edilib. İngiltərə, Almaniya, İsveçrə və Azərbaycanda çəkilişləri aparılan sənədli filmin ssenari müəllifi Martin Vagner, rejissoru Villi Neumann, operatorları Andre Böhm, Birgit Handke, Bəhruz Əliyev, icraçı prodüseri Nadir Əliyevdir.
İKSmedia.az

Oxşar məqalələr