AXTAR

Rəcəp Tayyip Ərdoğan: Krım Ukraynanındır və ona qaytarılmalıdır”

erdogan

“Ukrayna ilə Rusiya arasında müharibə ədalətli sülhlə başa çatmalı və işğal olunmuş Krım Ukraynaya qayıtmalıdır”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 23-də, “Krım Platforması” sammitində söyləyib.

"Biz fevralın 24-dən bəri davam edən müharibənin Ukraynanın ərazi bütövlüyü və suverenliyinə əsaslanan ədalətli sülhlə başa çatmalı olduğuna inanırıq. Türkiyə bu məqsədə çatmaqdan ötrü effektiv diplomatik kanal yaratmaq üçün fövqəladə səylər göstərib. Bu yöndə mühüm nailiyyətlərimiz də var”, - deyə Ərdoğan bildirib.

Ərdoğan beynəlxalq hüquq normalarına görə Krımın Ukraynaya qaytarılmalı olduğunu söyləyib.

“Krım Ukraynadır” və Ankara Krımı Ukraynanın bir hissəsi olaraq görür. Krım tatarları da Ukrayna vətəndaşlarıdır”,- deyə o, bildirib.

Oxşar məqalələr