AXTAR

Gələr bu dünyanın bir gün bəd üzü

Əyyub Məmmədov

 

Gələr bu dünyanın bir gün bəd üzü

Qatar öz qabağına, əllini-yüzü.

Bağlanar insanın bəsirət gözü

Etmə pis rəftarı, sinə dağlama,

Dürüst olanın, yolun bağlama.

***

Uyma yalana, vermə sən cəza

Baş verər ömrünə acı bir qəza.

Saxla bu dünyadan köçənə əza

Əyriyə düz deyib, haqqına girmə,

Versə də birisi sənə yüz tirmə.

***

Keçmişi unudub, dünəni silmə

Əlində nə varsa, daimi bilmə

Dolansın beynində qoy ilmə-ilmə

Məqamın səninlə daimi deyil,

İnsanı ucaldan vəzifə deyil.

***

Səadət, xoşbəxtlik önündə ərin,

Getmə sən dayaza, düşün çox dərin

Nə qədər şam sönüb əlində şərin,

Mən deyim biləsən sözüm tükənməz

Dünyanın əvvəli, sonu bilinməz.

 

Əyyub MƏMMƏDOV

şair-jurnalist, AYB-nin üzvü

Oxşar məqalələr