AXTAR

Rüstəm və Emil milyardları ölkədən necə çıxarıb...

Article Index


Rüstəm Maqdeyev
Emil Qaynulinin sınıq-salxaq ingiliscə şəxsən yazdığı təxmin edilən məktubda onun biznesinin necə təşəkkül tapmasından bəhs edilir. Belə məlum olur ki, Qaynulinin biznesində bəzi kriminal avtoritelər də iştirak edib və o, “Podvodtruboprovodstroy” adlı podratçı şirkətin “Qazprom”dan aldığı pulların xaricə çıxarılıb “yuyulmasında” iştirakçıdır. Qaynilin həmin pulların bir hissəsini Kiprin Limasol şəhərində “Graff Diamonds” butikinə yatırıb.
Limasoldakı “Grafff Diamonds” butiki “Equix Group Ltd.” şirkətinin idarəçiliyi altında 2015-ci ildə açılıb. Amma belə görünür ki, Qaynulin və Maqdeyev daha əvvəldən tanış idilər. 2013-cü ildə Maqdeyev Qaynulini “kölgə” bankiri Aleksey Kulikovla tanış edib. Bu həmin Kulikovdur ki, “Moldova Landromat”ında adı keçir və onun əli ilə bir sıra Rusiya banklarından Qərbə “Podvodtruboprovodstroy” şirkətinin milyardlarla rubl pulu ötürülüb. Qaynulin həmin pulları bir sıra xarici banklarda yerləşdirib. Məktubdan məlum olur ki, Kiprdə belə banklar arasında “Bank of Cyprus”, “Hellenic Bank” və “RCB Bank”, İsveçrədə UBS, “Julius Baer” və “Credit Suisse” olub.

 

emil
Emil Qaynulin
Qaynilin həmin pulların bir qisminə Kiprdə, Tailandda və Fransanın Lacivərdi sahillərində daşınmaz əmlak alıb. Qaynilin Azərbaycan və Rusiya vətəndaşlığına malik olsa da Kiprə yatırdığı pullar hesabına bu ölkənin də vətəndaşlığını əldə edib. Orada o Maqdeyevlə “Equix Group” şirkətini açıb və məktub müəllifinin yazdığına görə həmin şirkətə 100 milyon dollar yatırıb. Maqdeyev isə 50 milyon pul qoyub.
Virtualaz.org

Oxşar məqalələr