AXTAR

Azərbaycanda istehsal olunan “Peugeot” avtomobilləri gələn ay satışa buraxılacaq

azerbaycan pejo 1

 

“Xəzər” avtomobil zavodunda istehsal olunan “Peugeot” markalı avtomobillər fevral ayından satışa çıxacaq. İstehsala başlamaq üçün artıq bütün zəruri avadanlıqlar quraşdırılıb”.
Bunu Neftçala Sənaye Məhəlləsində “Xəzər” avtomobil zavodunun direktoru Emin Axundov bildirib .
“Made in Azerbaijan” brendi altında “Xəzər” avtomobil zavodunda istehsal edilən avtomobillərin AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğun olduğunu deyən E.Axundov diqqətə çatdırıb ki, bu ilin sonlarından etibarən “Khazar” avtomobillərinin ehtiyat hissələrinin bir hissəsinin Azərbaycanda istehsalı planlaşdırılıb.
Qeyd edək ki, zavodun işə düşməsi ilə ilk dəfə olaraq Azərbaycan avtomobil istehsalı ölkəsi kimi tanınıb və “Khazar” avtomobillərinə BAN nömrə alınaraq beynəlxalq sistemə daxil edilib.

Oxşar məqalələr