AXTAR

Useyn Bolt Türkiyə Superliqasında?

huseyn bolt

 

Atletika üzrə 8 qat olimpiya çempionu Useyn Bolt futbolçu karyerasını Türkiyədə davam etdirə bilər.

"TRT Spor" xəbər verir ki, Türkiyə Super Liqasında çıxış edən "Sivasspor" klubu 32 yaşlı idmançını heyətinə qatmağı planlaşdırır. Hazırda klub Boltla danışıqlar aparır.

Qeyd edək ki, Useyn Bolt Avstraliyanın "Sentral Kost Mariners" futbol klubunun düşərgəsində yer alsa da, müqavilə şərtləri ilə razılaşmayıb və komandadan ayrılıb. Onunla Dieqo Maradonanın baş məşqçilik etdiyi "Dorados de Sinaloa" klubunun da yaxından maraqlandığı iddia olunur. Məşhur atlet daha öncə Maltanın "Valletta” klubunun da təklifini rədd edib.

Oxşar məqalələr