AXTAR

Avroliqa: "Qarabağ" "play-off" mərhələsində ilk oyununa çıxır

qarabag loqo

 

Bu gün axşam "Qarabağ" klubu futbol üzrə Avropa Liqasının "play-off" mərhələsində ilk oyununa çıxacaq.

Komandamızın rəqibi Moldova çempionu "Şerif"dir.

Matç Tiraspoldakı "Şerif" İdman Kompleksinin stadionunda keçiriləcək. Qarşılaşmanı Sergey Tsınkeviçin rəhbərliyi ilə belaruslu hakimlər briqadası idarə edəcək.

Bakı vaxtı ilə saat 21-də başlayacaq “Şerif” - “Qarabağ” oyunu canlı yayımlanmayacaq. “CBC Sport” telekanalının rəsmi “Facebook” səhifəsində dünən yayımlanan bəyanatında belə deyilir.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov dünən keçirilən mətbuat konfransında deyib ki, komandanın minimum hədəfi Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdır.

Oxşar məqalələr