AXTAR

Qurban Qurbanov Moldovada “Şerif”ə məğlubiyyətdən danışdı

qurbanqurbanov

 

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsinin ilk qarşılaşması çərçivəsində “Şerif”ə 0:1 hesabı ilə uduzduqları səfər matçından sonra mətbuat konfransında iştirak edib.

İKSmediaşaz-ın məlumatına görə, baş məşqçi bu uğursuz nəticəyə baxmayaraq, qrup mərhələsinə düşmək şanslarının qaldığını bildirib: “Rəqib müdafiədə çox yaxşı təşkilatlanmış komandadır. Olduqca intizamlı oynadılar, bu da onların necə yaxşı komanda olduğunu göstərir. İndi cavab oyununda xüsusi nəyisə dəyişmək haqda danışmaq tezdir. “Şerif” 1:0 hesablı qələbə qazansa da, qrup mərhələsi üçün şanslarımız qalır. Bu şansdan da cavab matçında maksimum istifadə etməyə çalışacağıq”.

Qeyd edək ki, cavab matçı avqustun 30-u Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Oxşar məqalələr