AXTAR

Türkiyəni ABŞ-a demarşı

incirlik

 

Rəsmi Ankara ABŞ Prezidenti Donald Trampın Türkiyənin iki nazirinə qarşı sanksiya tətbiq etməsinə cavab vermək qərarına gəlib. Lakin Trampın qərarından bir gün əvvələ qədər Ankara gözləmə mövqeyində dayanmışdı. Bununla bağlı son müzakirə Sinqapurda ABŞ Dövlət katibi Mayk Pompeo və Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu arasında olub.
Türk mediasının iddiasına görə, Mövlud Çavuşoğlu məsələ ilə əlaqədar son açıqlamasında ABŞ-ın sanksiyalarına sərt cavab verəcəklərini bildirib.
Türkiyənin baş diplomatı İncirlik və İzmir hərbi bazalarının ABŞ-la bağlı nəzərdən keçirdikləri məsələlər arasında olduğunu diqqətə çatdırıb.
O, ABŞ-ın bazalardan istifadəsinə qadağa qoyulacağını istisna etməyib: “Türkiyə bu sanksiyalara səssiz qalmayacaq. Şübhəsiz ki, ABŞ-ın bu addımlarına qarşı cavab verəcəyik. Müttəfiqlik münasibətlərinə uyğun gəlməyən qərarları nəzərdən keçirb lazım olan addımları atacağıq”.
Qeyd edək ki, ABŞ Türkiyənin Daxili işlər naziri Süleyman Soylu və Ədliyyə naziri Əbdülhəmid Gülə sanksiya tətbiq edib. Qərara əsasən, hər iki nazirin ABŞ-a girişi qadağan olunmaqla yanaşı, onların bu ölkədəki babnk hesabları dondurulub.

Oxşar məqalələr