Rusiyaya qarşı sanksiyalar Donald Tramp administrasiyasının dövründə “dramatik” şəkildə seyrəkləşib və indiki hakimiyyət Kremlə qarşı gəlmək iqtidarında deyil.
Axar.az xəbər verir ki, bu sözləri “Atlantika Şurası”nın investisiyalar və ticarət qrupunun rəhbəri Devid Mortlok deyib. O bildirib ki, sanksiyaların təsir qüvvəsinin azalmasının bir səbəbi də dünya liderlərinin Vladimir Putini “yaxşı oğlan” hesab etməsidir: “Mən sanksiyaların tamamilə uğursuz olduğunu deyə bilmərəm. Lakin təsir qüvvəsi ciddi şəkildə azalıb. Helsinki görüşündən sonra Tramp Tvitterdə bəyan etdi ki, onun administrasiyası Rusiyaya qarşı inadkar mövqe göstərməyəcək. Eyni zamanda, başqa ölkələrdə olan dəyişiklikləri bu ölkədə də görürük”.