Əli Kərimli çetesinin Moskva qolu radikal müxalifət çirkli işlərin çirkabında batdığını aydın göstərdi
Bu günlərdə özünü radikal müxalifət sayanların başında duran Əli Kərimlini danışdıran sponsorların həbsi barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumat bir çox qaranlıq mətləblərə aydınlıq gətirib. Heç demə, yetirənə siyasi məhbus damğası vurub cinayətkarları ətrafına toplayan bu çete elə cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətməklə məşğul imiş. Hüquq-mühafizə orqanlarının səyi sayəsində bu işlərdə şübhəli bilinən mütəşəkkil dəstənin üzvləri aşkara çıxarılaraq həbs olunub.
Cəmiyyət içərisində adı qalmaqallarla tez-tez hallanan AXCP, heç demə, Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyib. Bu da o deməkdir ki, Əli Kərimlinin rəhbərlik etdiyi bu təşkilat qeyri-qanuni fəaliyyət göstərirmiş. Qanundankənar partiyanın əməlləri də qeyri-qanunilik əsasında törədilirmiş. Belə ki, respublika hökumətinə qarşı etirazların təşkili üçün Rusiyadan maliyyə Kərimli dəstə üzvlərini hpkumət əleyhinə təşviq etmək üçün bu vəsaitdən istifadə edirmiş.
Moskvadan göndərilən pullar isə çirkli pullar olub və Bakıda leqallaşdırılıb.
Prokurorluq və daxili işlər orqanlarının məlumatında deyilir ki, dəstə üzvləri ölkənin iqtisadi maraqlarına qarşı yönəlmiş sahibkarlıq fəaliyyəti göstərən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) adlı qurumun funksionerlərindən Əli Kərimli, Qənimət Zahidov, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov və digərlərinin Bakı şəhər sakinləri Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov, Tural Mehdixanov və qeyrilərinin üzv olduqları qurumun respublikamızda və xaricdə dövlətimizə, dövlətçiliyimizə və milli maraqlarımıza zidd olaraq keçirilən tədbirlərinin maliyyələşdirilməsi üçün qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş külli miqdarda çirkli pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətmələrinə dair kifayət qədər sübutlar toplanıb.
Qərbdən alınan qrantların qeyri-hökumət təşkilatının tədbirlərinə sərf etmək əvəzinə mənimsənilməsi və ümumiyyətlə, qrant davasının qızğın çağında Rusiya amilinin ortaya çıxması Əli Kərimli çetesinin nə qədər təhlükəli xarakter almasına yeni sübutlardır. Qrant alverinin pərdəarxası məqamlarına görə adətən cəmiyyət Əli Kərimlini oğlunun Londonda kefcil həyat sürməsinə görə qınayırdı. Amma budəfəki cinayət işi bambaşqadır və şəxsi həyatla yanaşı siyasi dönüklük faktları da meydana çıxıb. Burada Əli Kərimli-Rüstəm İbrahimbəyov xəttinin yaranması və iflası, “Milli Şura” oyunu, onun dövlətə qarşı yönəlmiş məqsədləri və bu məqsədlərin həyata keçirilməsi yolları ciddi siyasi məsələlərdir. Həmin dövrdə AXCP-nin ünvanına çatdırılan və dövlət əleyhinə aksiyalara sərf olunan, indi isə üzə çıxarılan 412 min dollar qeyri-qanuni əldə edilmiş vəsait təxirəsalınmaz məhkəmə prosesi üçün böyük faktdır.
Düzdür, “üzü üzlər görmüş” radikal-müxalifətçilərin belə hallar vecinə olsaydı, buna getməzdilər. Hətta bu hadisə nəticəsində “siyasi miqrant” biznes layihəsinin yeni intişarı üçün məqam yaranacağı da məlumdur. Çünki, bu sahədəki işbazlar, yəqin, artıq siyasi məhbus damğası əllərində qollarını çırmalayıb müştəri axtarırlar. Əli Kərimli də sinəsini irəli verib hay-küylü çıxışlar üçün mətn hazırlığına başlamamış olmaz. Bu, bir ssenaridir ki, illərdir Azərbaycanda cərəyan edir. Amma fakt faktlığında qalır və məhz Əli Kərimlinin başçılıq etdiyi kriminal dəstə bu faktlara cavab verəcəklər.
Azərbaycan qanunlarına görə siyasi partiyaların bu yolla maliyyələşdirilməsi qeyri-leqal və qeyri-legitimdir. Qanunlar partiyaya xaricdən pulların verilməsini qadağan edir və Xalq Cəbhəsinə xəlvəti, qeyri-leqal maliyyə ötürmə pulyumadan başqa bir şey deyil. İndi bəlli olur ki, müxalifətin mitinqləri niyə bu cür azsaylı olur. Aydındır ki, partiya pullarının amansızcasına talanması baş verib.
Məlum olur ki, il yarım ərzində Rusiyadan Azərbaycana inqilabçı qüvvələrin fasiləsiz maliyyələşdirilməsi kanalı işləyib. Kərimlinin prinsipsizliyini və xaraktersizliyini bir kənara ataq, hansı ki, o siyasi maraqları və şəxsi mənfəəti naminə dünyanın bir-biri ilə antaqonist ziddiyətlərdə olan paytaxtlarından pul almağa hazırdır. Əli Kərimlini narahat edən təkcə bu faktların deşifrə edilməsi deyil. Onun təşvişi həm də növbəti dəfə öz ətrafına pul “atmasının” ifşa olunmasıdır. Bununla bağlı yayılan məlumatlar ondan ibarətdir ki, çevrəsinə pul kələyi gəlməyə adət etmiş Əli Kərimli Rusiyadan gələn külli miqdarda vəsaitlə bağlı da ənənəsinə sadiq qalıb. Məlum olur ki, Rusiyadan hər ay AXCP-yə müntəzəm olaraq 30 min dollar pul gəlib. Əli Kərimli bunun hesabatını saxta şəkildə verirmiş. Üzə çıxıb ki, o, hətta ən yaxınlarına və təşkilatdakı əlaqədar şəxslərə yalan məlumat olaraq bildirirmiş ki, guya hər ay Rusiyadan ona 500, bəzən 1000 dollar məbləğində dəstək gəlir. Məlum olub ki, Moskvadan hər ay Milli Şura və AXCP adlı qurumlara nəzarət edən Əli Kərimliyə 30 min dollar civarında vəsait gəldiyi halda, ortaya bundan 30 dəfə az pul çıxıb. Belə anlaşılır ki, Kərimli qalan vəsaitləri gizli şəkildə Londonda yaşayan öz ailəsinə yönləndirirmiş. Ana müxalifət adına bir mənbədən - Moskvadan daxil olan vəsait isə nə az, nə çox - 412 min dollardır! Heç şübhəsiz, oğurlamağa öyrəşmiş Əli Kərimli başqa mənbələrdən də ona daxil olan vəsaitlərlə bu cür rəftar edib. Məhz bu səbəbdən də AXCP-Milli Şura alyansında ara qarışıb.
Bu işdə maraq doğuran ikinci bir müstəvi var ki, bu da Əli Kərimlinin toruna düşən xeyli sayda gəncin bu işlərdən hali olmasıdır. Axı, onların inam bəslədikləri şəxs, heç demə, onları aldadır, onların fəaliyyəti üzərində aldığı pulları mənimsəyirmiş. Hə, bu faktlarla Əli Kərimli “yaman yerdə axşamlayıb”.
İKSmedia.az