AXTAR

Özbəkistan prezidenti Allahşükür Paşazadəyə təşəkkür məktubu göndərdi

pashazade

 

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadəyə təşəkkür məktubu ünvanlayıb.
QMİ-dən APA-ya verilən məlumata görə, Özbəkistan prezidenti məktubunda ad günü münasibətilə ona unvanladığı təbriklə əlaqədar QMİ sədrinə minnətdarlığını ifadə edib, millətlərarası dialoqun, dinlərarası əlaqələrin, tolerantlığın inkişafına, dünyada İslam dininin maarifçi ideyalarının təbliğ edilməsinə öz böyük şəxsi töhfəsini vermiş Allahşükür Paşazadəyə böyük qiymət verdiyini vurğulayıb. Eyni zamanda, o, QMİ sədrinin Özbəkistan-Azərbaycan əlaqələrinin inkişafında səylərini yüksək qiymətləndirib, ötən iyul ayının ilk yarısında Azərbaycanda rəsmi səfərdə olan Özbəkistan Dini İşlər üzrə Komitəsinin və Özbəkistan Müsəlmanları Ruhani İdarəsinin rəhbərlərinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü çatdırıb: “Əminəm ki, birgə səylərimizlə qarşılıqlı maraqlarımıza xidmət edən üzünmüddətli tərəfdaşlığımız getdikcə inkişaf edəcək, Özbəkistan və Azərbaycan xalqları arasındakı dostluq əlaqələri daha da möhkəmlənəcək”.

Oxşar məqalələr