AXTAR

Qarabağda ermənilərin sayı sürətlə seyrəlir

qar ermeni

 

Erməni saxtakarlığı buna rəğmən hələ də hüdud bilmir

Sovetlər dönəmində Dağlıq Qarabağda rəsmi statistikaya görə, 150 000 erməni yaşayırdısa, indi onların sayı heç 30 minə çatmır. Əslində, совет dövrцнdə də bu rəqəm kağız üzərində idi. Moskvanın himayəsi altında vilayətin erməni rəhbərliyi hər cür saxtakarlıq etməkdən çəkinmirdi. Belə ki, Azərbaycanın digər şəhər və rayonlarında yaşayan ermənilər eyni zamanda Dağlıq Qarabağ vilayətində ev alaraq qeydiyyata düşür və əhalinin siyahısına salınırdı. Yəni, ümumilikdə Azərbaycanın erməni əhalisi ikili qeydiyyata alınaraq həm ümumi sayı artırır, həm də vilayətin erməni əhalisinin sayını artıq göstərirdilər. Məsələn, o vaxt bir qarabağlı kimi mənim tanıdığım erməni qadın həm Bakının 3-cü mikrorayonundakı mənzilində, həm də Əsgərandakı həyətyanı sahəsi olan evində qeydiyyatda idi. Bundan başqa 80-ci illərdə Dağlıq Qarabağ vilayətinə daxil olan kəndlərin sürətlə boşaldığı, kənd və qəsəbələrin xarabalığa çevrildiyi дя müzakirə mövzusu idi. Bu prosesin əsas səbəblərindən biri də ermənilərin bu torpağa nə vaxtsa zorla köçürülmələri idi. Qalanların əksəriyyəti də tarixən alban adlanan etnosa məxsus insanlar idi, çünki onlar bu torpağın həqiqi sahibləri sırasında yer alırdılar.
Qondarma “DQR” reapublikasının qondarma statistikasına görə Dağlıq Qarabağ ərazisində hazırda daimi 146 min 260 nəfər, müvəqqəti məskunlaşanlarla birlikdə isə 150 min 932 nəfər yaşayır. Belə çıxır ki, son 25 il ərzində keçmiş vilayətin erməni əhalisi 45-50 min, yəni təxminən 50 faiz artıb. Əvvələn, onu qeyd edək ki, heç əhalisi “kefi kök, damağı çağ” yaşayan inkişaf etmiş ölkələrdə bu cür artım olmur, o ki qaldı demoqrafik fəlakət yaşayan ermənilər ola. Üstəlikdə, dağıntılar içərisində, kasıbçılıqla, xaricdən gələn ianələr hesabını başını güclə dolandıran əhali bu artımı hansı ümidlə arzulaya ola bilər?
Qarabağda işğala don qoymağa çağıran erməni ictimai xadimlərinin söylədikləri də hazırkı statistikanın qondarma olduğunu ifşa edir. Belə ki, həmin mənbələrin dediyinə görə, hazırda Dağlıq Qarabağda təxminən 30 min əhali yaşayır. Onların da bir hissəsi Suriyadan qaçqın düşənlərdir və və qayıtmalarını səbirsizliklə gösləyirlər.
Deyilənlərin təsdiqləyən daha bir fakt Ermənistanda yaşayan ermənilərlə Qarabağ erməniləri arasında ciddi ixtilafların olmasıdır. Çünki, Qarabağın yerli erməniləri əslində alban kökünə malik və alban kilsəsinə ibadət edən, lakin sonradan ermənilər tərəfindən assimilyasiyaya uğradılıb zorla ermənləşdirilən əhalidir. Onlar, birincisi, erməniləri sevmirlər, ikincisi də azərbaycanlılara qarşı vuruşub torpaq davası etmək istəmirlər. Üstəlik, alban kilsəsinin erməni kilsəsindən ayrılmasını tələb edirlər.
Hər il Dağlıq Qarabağda yaşamaq zorunda qalan əhalinin sayı ölüm faktlarının doğumu üstələdiyinə görə azalır. Bu minvalla ermənilərin bu diyardan təbii surətdə yox olmalarını proqnozlaşdırmaq olar. Ehtimal ki, belə də olacaq və gələcəkdə albanlar və alban kilsəsi həqiqi adlarını qaytararaq Azərbaycan xalqını təşkil edən etnik qrupların və millətlərin dinc birgəyaşayış sistemində özlərinə məxsus yerə sahib olacaqlar.

IKSmedia.az

Oxşar məqalələr