AXTAR

Qərbin erməni mifi qürub edir

absh ermeni lobbisi

 

Xaricdəki lobbi zəiflədikcə Ermənistanın paxırları açılır və ölkə yaman günə qalır

ABŞ 2018-ci il üçün Ermənistana ayırdığı maliyyə yardımını 3 dəfə azaldıb. Amerika Erməni Assambleyasının məlumatında bildirilir ki, növbəti il üçün maliyyə yardımı 6,2 milyon dollar müəyyənləşib. Bundan əvvəl isə bu rəqəm 20,4 milyon dollar olub. Erməni ekspertlər maliyyə yardımlarının azalması fonunda növbəti illərdə Ermənistanla bağlı daha bədbin proqnozlar verirlər.
Ümumiyyətlə, şərti olaraq Qərbdəki erməni diasporunun strukturu (ilk növbədə ABŞ-da və Fransada) 1990-cı illərin əvvəllərində müstəqil erməni dövlətinin möhkəmlənməsində, ayaq üstə durmasında mühüm rol oynayıb. Amerikadakı erməni lobbi təşkilatları Konqresdən “Demokratiyaya dəstək agentliyi (USAİD)” xətti ilə Ermənistanın rəsmi dövlət proqramlarına qoşmağa nail oldular. 1992-ci ildə büdcənin təmənnasız xarici yardım bəndi üzrə Ermənistan Birləşmiş Ştatlardan 200 milyon dollar alıb. Maliyyə yardımı məbləği etibarilə yalnız İsrailə göstərilən dəstəkdən geri qalirdi. Mahiyyət etibarilə, əslində, siyasi lobbizm Ermənistan iqtisadiyyatına Amerika büdcəsindən təmənnasız vəsait ötürmüş olurdu. Bundan başqa, ABŞ, Kanada və Avropadan olan erməni əsilli filantroplar Ermənistandakı ümummilli əhəmiyyətli layihələrə iri məbləğlərdə vəsaitlər köçürürdülər. Ermənistanın tarixində ən böyük donorlardan biri amerikalı milyarder Kirk Kerkoryan idi. 2007-ci ildə onun varidatı 18 milyard dollar hesablanmışdı. Amma 2015-ci ildə 99 yaşında öləndə artıq onun “ulduzu” sönməyə başlamışdı, çünki varidatı 4,2 milyard dollara qədər azalmışdı. 90-cı illərdə rəsmi İrəvanla Kerkoryanın nümayəndələrinin razılığı ilə “Linsi” fondu yaradılmışdı. Bu fond 10 il ərzində dövlət proqramlarının icrası üçün 200 milyon dollartdan çox vəsait ödəmişdi. Ancaq 2011-ci ildə milyarder heç bir səbəb göstərmədən bu fondu ləğv etmişdi. Bir çox köhnə erməni siyasətçiləri və ekspertləri hesab edirlər ki, Kerkoryan ayrılmış milyonların fonunda Ermənistanda lazımı inkişafın baş verməməsi səbəbindən bu addımı atmışdı.
Ümumiyyətlə, sovetlər dağılandan sonra Ermənistanın müstəqilliyinin müdafiəsi üçün Amerika və Avropa diasporlarının “Ümumerməni Hayastan fondu”nun 40 xeyriyyəçisi 26 biznesmen və onlarla təşkilatı təmsil edirdi. Qərb icmalarının nümayəndələri müstəqilliyin ilk 15 ilində Ermənistanı böyük entuziazmla dəstəkləyirdi. Ancaq sonralar yardımın miqdarı qəfil aşağı düşdü. Qərbi erməıni diasporu Ermənistanın müstəqilliyini dövlətçiliyin yaradılması istiqamətində uğur sayırdılar. Lakin sonradan gördülər ki, onların səyləri əbəsdir. Ermənilərin heç vaxt həqiqi məmada müstəqil dövlətləri olmayacaq. Çünki, həm onların tarixdə nə vaxtsa dövlətləri olmadığı üçün təcrübələri yox idi, həm də kiçik toplum olmaq etibarilə və milli xarakterə görə onlar idarəetmə qabiliyyətindən məhrumdur. Yalan danışmaq və digər tərəflərin arasını vurmaq bacarığı isə münaqişələr yaratmaqdan başqa bir şeyə yaramır.
Son günlər Rusiyadakı erməni lobbi və diaspor təşkilatlarının nüfuzu güclü şəkildə deformasiyaya uğrayıb. Bu, o deməkdir ki, artıq dünya düzəninin dəyişməsilə ermənilərin əlaltılıq xidmətinə də ehtiyac azalır. Çox keçməz, bütün erməni təşkilatları lazımsız əski parçası kimi zibilliklərə atılacaq. Rəsmi İrəvanın tədricən hər yandan əlləri üzülür. Bu, həm də onun Cənubi Qafqazdakı qəsbkarlıq rolunun məntiqi nəticəsidir. Belə görünür ki, bu dövlətciyəzin qara günləri hələ qabaqdadır. Çünki, o, gəmidə oturub gəmiçi ilə dava etmək istəyirdi, yəni, Azərbaycan torpaqlarında onun üçün yaradılmış dövləti inkişaf etdirmək əvəzinə Azərbaycanı tarixdən silib torpaqlarını ələ keçirmək arzusundaydı. Aydındır ki, arzusu ürəyində qaldı.

IKSmedia.az

Oxşar məqalələr