AXTAR

Düşmən mövqelərimizi artilleriya atəşinə tutdu, əsgərimiz şəhid oldu

cebhe

 

Fevralın 22-də günorta saatlarında Dağlıq Qarabağda Ermənistan silahlı bölmələri tərəfindən mövqelərimizin artilleriya atəşinə tutulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Xəlilov Xanoğlan İntizam oğlu şəhid olub.
Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir. İnsidentin təmas xəttinin hansı hissəsində baş verdiyi göstərilmir. Bundan əvvəl MN Ermənistan ordusunun iki-üç nəfərlik diversiya qrupunun məhv edilməsinə dair görüntüləri yaymışdı.
Son günlər təmas xəttində vəziyyət yenidən gərginləşib, müxtəlif çaplı minomyotlar və artilleriya işə düşüb.

Oxşar məqalələr