AXTAR

Nalbandyan həmsədrlərlə Qarabağı müzakirə etdi

nalbadyan

 

Ermənistan Xarici İşlər Nazirliyinin başçısı Edvard Nalbandyan bu gün Münhendə ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Riçard Xoqland (ABŞ) ilə Qarabağ münaqişəsinin nizama salınması məsələsini müzakirə edib.
Virtualaz.org bildirir ki, bu barədə Ermənistan xarici siyasət idarəsinin mətbuat xidməti xəbər yayıb.
Xəbərdə bildirilir ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşik də iştirak edib.

Oxşar məqalələr