AXTAR

Tək valideynlərə kömək

orden

 

Azərbaycanda 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün qısaldılmış iş vaxtı tətbiq edilib.
Bu, Prezident İlham Əliyevin “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləməsi ilə mümkün olub.
Qeyd edək ki, bundan əvvəl dövlət qulluğunda olan I və II qrup əlillərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, hamilə və yaşyarımadək uşağı olan qadınlara və yaşyarımadək uşaqlarını qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına böyüdən atalara, habelə uşaqların qəyyumlarına, himayədarlarına həftədə 36 saat iş vaxtı müəyyən edilmişdi. Ancaq bundan sonra qanunda nəzərdə tutulan güzəşt 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə də şamil ediləcək.

Oxşar məqalələr