“2016-cı il geriyə addım oldu, biz on milyonlarla dəyərində üç kredit götürdük ki, ölkə nəfəs ala bilsin”. Bu sözləri “Erməni dirçəlişi” partiyasının parlament fraksiyasının liderlərindən olan Yegine Bişaryan Novosti Armenia saytının müxbiri ilə söhbətində bildirib.
“2017-ci il, təbii ki, bundan yaxşı olmayacaq, biz ona böyük yüklə daxil olmuşuq. Bu o deməkdir ki, geriləmək baxımından bu il ötənilkindən geridə qalmayacaq. Ermənistan parlamentinin axırıncı iclasında biz ümumi dəyəri 180 milyon dollara çatan üç kredit sazişini qəbul etdik. Məhz bu pullarla büdcə defisiti doldurulmalıdır. Bu da onu göstərir ki, biz bütün müllətimizlə dərin quyudayıq” - deyən Bişaryan bildirib ki, Ermənistan hökumətinin vədlərinə baxmayaraq o, hansısa müsbət dəyişikliklərin baş verəcəyinə inanmır.