AXTAR

Futbol komandasını daşıyan gəmi batdı

174416_res_01.jpg

Uqanda ilə Konqo Demokratik Respublikasının sərhədində yerləşən Alberta gölündə faciə baş verib.

“Bulişa” futbol komandasını azarkeşləri ilə birlikdə gölün o biri sahilinə “Hoyma” klubu ilə yoldaşlıq oyununa aparan gəmi batıb.

Mənbənin bildirdiyinə görə, gəminin çevrilməsinə səbəb göyərtəyə toplaşmış xeyli insanın eyni zamanda rəqs etməsi və gəmini yellətməsi olub.

Hadisə nəticəsində 9 nəfər ölüb, 21 nəfər itkin düşüb. Yerli balıqçılar 15 nəfəri xilas edə biliblər.

Virtualaz.org

Oxşar məqalələr