AXTAR

Gələn il pensiyalar artacaq - Nazir

Selim_Mus.jpg

Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının internet saytına (www.yap.org.az) verdiyi müsahibəsində deyib. Onun sözlərinə görə, növbəti il üçün Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri cari ilin icra göstəricisinə nisbətən 248 mln. manat və ya 8 faiz çox olmaqla 3,4 mlrd. manat həcmində olacaq:

 

“Həmin vəsait hesabına əmək pensiyaları üzrə xərclərin 229 mln. manat, məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə xərclərin 5,6 milyon manat, digər xərclərin isə 13,4 milyon manat artacağı gözlənilir. 2017-ci ildə Fondun xərclərinin 97,6 faizinin, yəni 3318 mln. manatın məhz əhaliyə ödənişlərə yönəldilməsi proqnozlaşdırılır ki, bu da 2016-cı ilin gözlənilən icra göstəricisindən 234 mln. manat və ya 7,6 faiz çoxdur”.

S.Müslümov bildirib ki, əmək pensiyalarının ödənişi xərclərinin əhaliyə ödənişlərin 97 faizini təşkil edərək, 2016-cı ilin gözlənilən icra göstəricisindən 7,7 faiz çox, yəni 3214 mln. manat həcmində olacağı nəzərdə tutulur: “Gələn il də əmək pensiyalarının sığorta hissəsinin 2016-cı ilin yekunlarına görə indeksləşdirilməsi təmin olunacaq və bu məqsədlə 127 mln. manat vəsaitin sərf olunacağı gözlənilir. Ümumilikdə pensiyaçıların sosial müdafiəsi tədbirlərinin reallaşdırılması nəticəsində pensiyalarda mütəmadi artım dinamikası 2017-ci ildə də davam edəcək və növbəti ildə əmək pensiyalarının orta aylıq məbləğinin 5,8 faiz artaraq 202,3 manata çatacağı proqnozlaşdırılır”.

“Məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin proqnozu 104,4 mln. manat məbləğində nəzərdə tutulur ki, bu da 2016-cı ilin gözlənilən icra göstəricisinə görə 5,6 mln. manat və ya 5,7 faiz çoxdur. Sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə xərclərdə artımın səbəbləri ölkə üzrə orta aylıq əmək haqqı məbləğində proqnozlaşdırılan artım, bu müavinətlər üçün müraciət sahəsində tətbiq olunan elektron xidmətlərdən istifadənin çoxalması və s. ilə bağlıdır. Göründüyü kimi, gələn il büdcədə sosial müdafiə sisteminin istiqamətləri üzrə xərclərin artırılması təmin ediləcək”, -deyə, S.Müslümov əlavə edib.

xezerxeber.az

Oxşar məqalələr