AXTAR

Amos Hokstayn: Azərbaycan və ABŞ təkcə yaxın dost deyil, həm də strateji tərəfdaşlardır

hokstaynAzərbaycan və ABŞ təkcə yaxın dost deyil, həm də strateji tərəfdaşlardır.
Bu sözləri dekabrın 15-də ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn Bakıda keçirdiyi mətbuat konfransında deyib.

 

Dövlət Departamentinin rəsmisi ölkəmizə səfəri çərçivəsində keçirdiyi görüşlər barədə məlumat verib.
Amos Hokstayn bildirib ki, ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması istiqamətində səylərini davam etdirəcək. Bu, Azərbaycan üçün vacibdir, eyni zamanda, Avropada enerji təhlükəsizliyini və siyasi təhlükəsizliyi təmin edən layihələrdən biridir. ABŞ bu layihəni Bakı-Tbilisi-Ceyhan qədər strateji layihə hesab edir və eyni əhəmiyyətə malik olduğunu düşünür.
TAP layihəsi ilə bağlı suala cavabında Dövlət Departamentinin rəsmisi deyib ki, belə çoxtərəfli layihələrin icrası zamanı müxtəlif mərhələlərdə yerli icmalar, siyasətçilər tərəfindən müəyyən çətinliklər yaradıla bilər. Əsas odur ki, birgə səylər və əməkdaşlıq şəraitində bu çətinlikləri aradan qaldıraq. Layihə tərəfdaşlarının iştirakı ilə konsorsium əsasında bu problemləri həll edə bilərik.

Oxşar məqalələr