AXTAR

“Apple”ın 5 milyard dollarlıq ofisinin yeni görüntüsü

apple yeni office

 

ABŞ-ın “Apple” korporasiyasının inşa olunan ofis binasının yeni görüntüləri yayılıb.

Kaliforniya ştatının San Jose şəhərində yerləşən “Apple Campus 2”nin ilk dəfə olaraq içəridən çəkilmiş fotoları ortaya çıxıb. Kampusun açılışı 2017-ci ilin əvvəllərinə planlaşdırılır. Binanın tikintisi 2013-cü ilin noyabrında başlanıb. Obyekt üçün 260 min kv.km yer ayrılıb. İnşaatın 5 milyard dollara başa gələcəyi bildirilir.

Kampus mini şəhərciyi xatırladacaq. Orada korporasiyanın mühəndisləri, analitikləri və digər əməkdaşlarının işləməsi və istirahəti üçün obyektlər olacaq. Kompleksin özü ərazinin 20 faizini təşkil edir, qalan ərazi yaşıl zona üçün ayrılıb. Ofisdə günəş enerjisindən istifadə olunacaq. Panoram dam gün ərzində işıqlandırmanı təmin edəcək.

Oxşar məqalələr