AXTAR

Cahangir Hacıyev Baş Prokurorluğu məhkəməyə verdi

cahangir haciyev

 

"Beynəlxalq Bank"ın sabiq rəhbəri Cahangir Hacıyev Baş Prokurorluğu məhkəməyə verib.
Lent.az-ın məlumatına görə, Baş Prokurorluğun onun təqsirsizlik prezumpsiyası hüququnu pozduğunu iddia edən Cahangir Hacıyevin şikayətinə dekabrın 14-də Səbail Rayon Məhkəməsində hakim Nurəddin Bağırov baxacaq.
Qeyd edək ki,Cahangir Hacıyev 2015-ci il dekabrın 5-də həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəsinin hökmünə əsasən mənimsəmə, vəzifədən sui-istifadə, vəzifə saxtakarlığı kimi ittihamlarla təqsirli bilinərək 15 il azadlıqdan məhrum edilib.

Oxşar məqalələr