AXTAR

Reketçilik jurnalistikaya sığmır

korrupsiya

 

Söz yaradıcılığınа ləkə gətirənlərə qarşı mübarizə genişlənir
Reketçilik jurnalistikaya sığmır, yəni, mənən cinayətkar jurnalist ola bilməz, çünki jurnalist yüksək mənəvi dəyərlərin daşıyıcısı olur. Digər tərəfdən jurnalist də cinayət törədə bilməz, əks halda o, jurnalist ola bilməzdi.
Jurnalistika fakültələrini gəzib sorğu aparsanız, şahidi olarsınız ki, tələbələr necə mənəvi dəyərlərdən bəhs edirlər. Bu fakültələrdə gənclərə yazı yazmağın üslub və metodlarını, ikiüzlülüyü, fırıldaqçılığı yox publisistik janrların müxtəlifliyini öyrədirlər. Jurnalistika alver deyil, yaradıcı, elmi, analitik, ictimai fəaliyyətdir. Ağır işdir. Hər adam bacaran iş deyil. Fərddən intellektual səviyyə, dərin savad, yazı və davranış mədəniyyəti, prinsipiallıq, döyüşkənlik, vətənpərvərlik, insaniyyətlik tələb edən sənətdir. Bu keyfiyyətləri sadalamağım işlədiyim qəzetdəki gündəlik işdən irəli gələn ehtiyac deyil. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilmiş əməliyyatda cinayətkar "jurnalistlərin" yaxalanmasıl ilə bağlı yaşadığımız ciddi narahatlığın üzə çıxmasıdır.
DTX əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində "Bizim dövr" qəzeti adı ilə vətəndaşları şantaj edərək barələrində rusvayedici məlumatlar yaymaq hədəsilə onlardan rüşvət tələb edən dəstə üzvləri zərərsizləşdirilib. Qəzetin baş redaktoru Surxay Əliyev bir qrup şəxslə əlbir olaraq, şantaj etmək yolu ilə müxtəlif insanlardan pul alıblar.
Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarda dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir və cinayətkarların qurbanı olmuş йени шяхслярин дя цзя чыхмасы истисна дейил.
Bu fakt yenidirmi? Xeyr, bu tip məlumatlar mütəmadi olaraq informasiya məkanını zəbt edir. Mətbuat Şurası öz xətti ilə “qara siyahı” hazırlayıb və vətəndaşların şikayətlərinə əsasən bu cür qəzetləri həmin siyahıya aid etməklə onların əsl üzünü cəmiyyətə göstərməyə çalışır. Lakin jurnalist cildinə girən fırıldaqçıların kökü kəsilmir. Çox güman bunun əsaslı səbəblərindən biri belə faktlara daha çox nəzəri düşüncələrlə yanaşmağımızın nəticəsidir. Məsələyə “belə olmalıdır” yox, “belədir” mövqeyindən yanaşmaq daha düzgün olmazmı? Axı, özümüzü aldatmağın nə mənası var? “Bizim dövr” tipli “reket” qəzetlərin indi-indi bir az qarşısı alınıb. Son illərə qədər belələri “qan” edirdilər. Cəmiyyət də onlara yaşıl işıq yandırır, peşəkarları istehza ilə qarşılayıb, qınaq ilə yola salırdılar. Əslində, fırıldaqçıların jurnalistikaya yol açması üçün sosial mühit tamamilə əlverişli idi. Təsadüfi deyil ki, müstəqilliyimizin bərpasının 25-ci ildönümü ilə bağlı söylədiyi nitqində Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda idarəçilikdə ciddi islahatlar, xoşagəlməz hallara qarşı mübarizə aparılır: “Korrupsiya, rüşvətxorluq bizim uğurlu inkişafımızı əngəlləyən əsas bəlalardır”.
Jurnalistikamız da bu bəlaya yoluxub və bir neçə cinayətkar qrup bütün jurnalistlər ordusunu gözdən salmağa cəhd edir. Lakin DTX-nin əməliyyatı göstərir ki, mübarizə gedir. İddia etmək olmaz ki, sabah ya biri gün belə jurnalistlərin kökü kəsiləcək. Amma fakt budur ki, fırıldaqçılar cəzalandırılırlar. Həlledici qələbə isə o zaman olacaq ki, cəmiyyət özü “Bizim dövr” kimi qəzetləri meydandan süpürüb atacaq.
IKSmedia.az

Oxşar məqalələr