"Mən dünən Hamburq görüşü ilə bağlı Anjey Kaspşiklə danışdım, Ermənistandan hələ də bir xəbər yoxdu".
İKSmedia.az-ın məlumatına görə, bunu bu gün xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında söyləyib.
E. Məmmədyarov qeyd edib ki, Azərbaycan xarici işlər naziri səviyyəsində görüşə hazırdır: "Ermənistan tərəfi isə görüşlərdən qaçır. Deməli, sözləri yoxdur".
Təmas xəttində gərginliyə toxunan xarici işlər naziri bildirib ki, əsas məsələ Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasıdır: "Kaspşikin ofisinin genişləndirilməsinə gəlincə, biz buna razıyıq. Ancaq əsas bu deyil. Əsas məsələ Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasıdır".