Xankəndi hərbi hospitalına təcili qan lazımdır. Ermənistanın "armenireport.am" sayt əhaliyə belə bir müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, qan vermək istəyənlər Xankəndi hərbi hospitalına və İrəvandakı qanköçürmə mərkəzinə müraciət edə bilər. Müraciətdə ilk növbədə müsbət I və müsbət III qrupa aid qana ehtiyac var.
Belə müraciətin yayılması göstərir ki, əks-hücumun ilk saatlarında düşmən xeyli itkilər verib və artıq yaralıları sağaltmaq üçün resurslar tükənib. Üstəlik, İrəvanın da bu işdə iştirakı sübut edir ki, Qarabağ separatçıları Ermənistan hakimiyyətinin astar üzüdür.
Azərbaycan tərəfinin uzun illər ərzində ardıcıl olaraq erməniləri işğala son qomağa çağırmasına baxmayaraq, onlar bu təklifdən imtina etdilər. Yəqin bundan sonra anlayarlar ki, Haqsız qantökənlərin bir gün yaralarını sağaltmağa qan tapmayacaqları həyatın məntiqi davamıdır.
İKSmedia.az