AXTAR

Gözlənilən gün gəldi

müharibə

 


Bu gün, 27 sentyabr 2020-ci il tarixində, səhər saatlarında təcavüzkar Ermənistanın silahlı qüvvələri bütün cəbhə xətti boyu ordumuzun mövqelərinə və yaşayış məntəqələrinə hücum edib.
Azərbaycan ordusunun bütün cəbhə boyu həyata keçirdiyi irimiqyaslı əks hücum nəticəsində düşmən ordusu canlı qüvvə texnika sarıdan ağır itkilər verir. Erməni mənbələrində artıq itkilər barədə ilkin məlumatlar, öldürülən zabit və əsgərlərin fotoları, adları yayılmağa başlayıb. Bunlar Hovanes Gevorqyan, Edqar Arutyunyan, Artur Sarkisyan, Sergey Nanyan və Slavik Vorosyandır. Dağlıq qarabağda separatçıların quraşdırdığı qondarma respublikanın təhlükəsizlik şurasının rəhbəri, hərbi cani Samvel babayan etiraf edib ki, 2-3 saatlıq döyüş nəticəsində 23 erməni hərbçisi məhv edilib. Lakin bunlar düşmən ordusunun itkilərinin çox cüzi hissəsidir. Ordumuzun sarsıdıcı zərbələri nəticəsində düşmən bütün istiqamətlərdə çoxlu itkilər verir və verməkdədir. Yaxın saatlarda düşmənin itkilərinin miqyası haqda yeni təfərrüatlar məlum olacaq.
Azərbaycan Müdafiə Nazirliyi ordumuzun Qarabağ cəbhəsində apardığı döyüş əməliyyatlarının gedişi barədə növbəti məlumat yayıb. Məlumatda deyilir:
-Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar. Raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər.
Bütün cəbhə boyu şiddətli döyüşlər gedir. Artıq 6 yaşayış məntəqəsi və bir neçə mühüm strateji yüksəlik düşməndən azad edilib. İnşallah, tezlıiklər ərazi bütövlüyümüzün bərpası barədə Ali Baş Komandan xalqa raport verər.

İKSmedia.az

 

Oxşar məqalələr