AXTAR

“İKSmedia”nın yazdığı məsələdə dönüş oldu


Amma sayt iddia etmir ki, məhz, onun yazdığına görə bu baş verib


Bu il fevralın 15-də “Bazarstor” supermarketlər şəbəkəsinin Nəsimi rayonundakı M.Mirqasımov küçəsində yerləşən filialında baş verən qiymət möhtəkirliyi haqda “İKSmedia” saytı replika yazmışdı. Bankalarda qablaşdırılmış 680 qramlıq doğranmış pomidor məhsulunun qiyməti rəfdə 1 azn 64 qəpik göstərilsə də kassada 1 azn 88 qəpik ödəmək lazım gəlirdi. Bu, işçilərin dediyinə görə satış strategiyası idi. Biz isə izah etmişdik ki, əslində bu, alıcının cibini boşaltmaq üçün möhtəkirlik strategiyasıdır.

 

pomidor139

 

pomidor

qəbz


Hazırda həmin məhsulun qiyməti 1 azn 39 qəpiyə endirilib. Görəsən, niyə? Saytın replikasına cavabdırmı bu?! Əlbəttə, çox istərdik ki, bu, məhz saytın yazdığına cavab olsun. Lakin, ehtimal edirik ki, bu yaxınlarda “Bazarstor”un yerləşdiyi əraziyə yaxın məkanda “Bravo” supermarketlər qrupunun növbəti filialı açılıb. Həmin məhsulu isə “Bravo” 1 azn 39 qəpiyə satır. Alıcılarını itirməmək üçün “Bazarstor” da dərhal məhsulun qiymətini xeyli endirməli olub. Yəni, bu dəyişiklik azad rəqabətin nəticəsidir. Təbii ki, dəyişikliyin səbəbi nə olur olsun, fərq etməz, əsas məsələ ticarətdə ədalətli qiymət siyasətinin aparılmasıdır. Təəssüf ki, bizim biznesmenlər ticarətin elmi əsaslandırılmış “dövriyyədən qazanc” prinsipini rədd edərək “qiymətdən qazanc” prinsipinə üstünlük verirlər. Bu da onu göstərir ki, hələ də bizdə iqtisadi monopoliya güclüdür. Ancaq bizə ümid və təsəlli verən odur ki, indi ölkədə bu cür mənfiliklərə qarşı mübarizə güclənir.
Yeri, gəlmişkən adıçəkilən məhsul “Bizim market” supermarketlər şəbəkəsində (Nizami rayonu, Şamil Süleymanov küçəsindəki filial) 1 azn 71 qəpiyə satılır. Bundan 50 metrlik məsafədə yerləşən “Bravo”da isə 1 azn 39 qəpiyə. Görünür, “Bizim market”çilər qış yuxusuindan ayılmayıblar. Müştərilərini itirməsələr, ayılmayacaqlar, onda isə gec olacaq.
Alıcı
İKSmedia

Oxşar məqalələr