AXTAR

Milyonlara görə hakim Seyidova Bakının baş planına qarşı çıxdı

hakim qadın

 

Sən demə, yaşadıqları evlər söküldüyünə görə kirayə mənzillərə köçmələri təklif olunmuş və köhnə evlərinin yerində yeni binanın ucaldılmasını gözləyən vətəndaşların müxtəlif qapılarda süründürməçiliklə üzləşməsinin səbəbi yalnız tikintini aparan şirkət olmaya da bilər. Kirayədə bir-iki il və hətta daha çox yaşamaq məcburiyyətinə illərlə böyür-böyürə yaşadığın qonşular da səbəb ola bilərmiş. Xüsusilə də, həmin bu qonşuların kifayət qədər yüksək sosial statusu, nüfuzlu qohumları, ən başlıcası isə inzibati resursları varsa.
Nəsimi rayonunda Topçubaçov küçəsinin bütöv bir məhəlləsinin sakinlərinin başına məhz belə bir iş gəlib. Bir ildən çox əvvəl “Malibu” şirkəti köhnə, həyət tipli evlərin yerində çox sürətlə çoxmərtəbəli binalar tikməyə söz verdi ki, həmin binalarda mənzillər daha geniş və rahat olacaq. İnsanlar razıılaşdılar, kimisi qohumlarının yanına, kimisi də kirayə mənzillərə köçdü, lakin bir il keçsə də, onların keçmiş evlərinə dəyib toxunan olmadı.
“Malibu”nun rəhbərliyinə kollektiv və fərdi müraciətlər vəziyyəti ölü nöqtədən tərpətmədi. Orada yalnız şikayət edirlər ki, Səriyyə Seyidova adlı bir sakin heç cür köçmək istəmir, çox yüksək tələblər qoyur, onun 90 saylı evi isə düz məhəllənin ortasındadır. Həmin qadın ordan köçməyincə tikintiyə başlaya bilmərik. Bu Seyidova isə nə az-nə çox, hakimdir. Sadə bir insan olsaydı, məsələn, təqaüdçü, mühəndis, lap elə jurnalist, bacarardıq, ədalət məhkəməsinin təmsilçisi iləsə heç kim belə iş görmək istəməz.
Səriyyə xanım, onun üzündən bir ildən artıq müddətdə dar-darısqal evlərdə yaşamağa məcbur olmuş 372 ailənin xahişinə laqeyd yanaşır. Və insanlar qərara alıblar ki, belə olan halda hakimin özbaşınalığı barədə mətbuata danışsınlar ki, bəlkə yuxarı təşilatlardan kimsə onu “ağıllandıra” bilsin. Virtualaz.org-un redaksiyasına təşrif buyurublar. Bütün qonşuların adından Qarabağ müharibəsinin veteranı İmran Temirazov danışıb.
“İnşaatçıları xidməti mövqeyi ilə qorxudaraq, Apellyasiya məhkəməsinin hakimi Seyidova evdən çıxmaqdan imtina edir və tələb edir ki, “Malibu” şirkəti onun böyük sahəli evi üçün nə az-nə çox 1,5 milyon manat ödəsin. Şirkət iddia edir ki, bu məbləği ödəmək iqtidarında deyil və tikintini ləngidir. Biz də 14 aydır ki, kirayədə yaşayırıq. Yeri gəlmişkən, firma bizim evimizi hər kvadrat metrinə görə 1500 manat məbləğində qiymətləndirəndə Səriyyə xanım susurdu, öz evinə çatanda isə hər kvadrat metrə görə 7 min manat tələb etdi. Əgər ona bu məbləği versələr, biz də müqavilələrimizə yenidən baxılmasını tələb edəcəyik. Nəyə görə ona olar, bizə yox? Bizim iradlarımıza cavab verəndə Seyidova bildirir ki, o hakimdir, arxasında böyük adamlar durur, buna görə də, işlərinə qarışmaq olmaz. Bu zaman o, öz hamilərinin adlarını da çəkir”, - Qarabağ veteranı hiddətlə bildirir.
Deyilənləri tikintini aparmalı olan “Malibu” şirkətinin direktoru Fərid Xəlili də təsdiqləyib:
“Heç nə edə bilmirik. Tikintinin ləngiməsində günahımız yoxdur. Bu Seyidova ilə heç cür dil tapa bilmirik. Özünün 219 kvadrat metrlik mənzilinə görə 1,5 milyon manat tələb edir. Biz ona bu məbləğin yarısını təklif etmişik, razılaşmır. Siz deyin, əgər o razılaşmırsa, biz artıq köçmüş sakinlər qarşısında vədlərimizi necə yerinə yetirək? İndi biz məhkəmədə hakim Seyidova ilə üz-üzəyik, məhkəmənin qərarına qədər konkret heç nə deyə bilmərik”.
Azərbaycan hökumətinin qəbul etdiyi qaydalara əsasən, tikinti aparan şirkətin şərtləri ilə razılaşmayanların və köçmək istəməyənlərin sayı 200 nəfərdən çox olmalıdır ki, məsələyə yenidən baxılsın. Lakin Seyidova hakimdir və görünür, çox arxayındır ki, bizim ölkədə qanunlar hakimlərə şamil olunmur.
Alxas İsmayılov
Virtualaz.org

Oxşar məqalələr