Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanan komandalardan biri də bəlli oldu.
İKSmedia.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” bu gün pley-off-da cavab matçına çıxıb.
Qurban Qurbanovun komandası Bakıda Moldovanın “Şerif” klubunu qəbul edib. Tiraspolda keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi mərhələni keçmək üçün mütləq sərfəli hesabla qalib gəlib gəlməli idi. 3:0 hesablı qələbə qazanan "Qarabağ" tarixində 4-cü dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb.
Xatırladaq ki, “Qarabağ” ötən mövsüm Çempionlar Liqasının qrupunda oynamışdı.
30 avqust
Avropa Liqası
Pley-off mərhələsi
21:00. "Qarabağ” (Azərbaycan) – "Şerif” (Moldova) - 3:0
Qollar: Maksim Medvedev, 9, Donald Gerrye, 42, Filip Ozobiç, 55
İlk oyun – 0:1
Hakimlər: Aleksandır Stavrev, Maryan Kirovski, Deyan Kostadinov, Dimitar Meçkarovski (Makedoniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu