AXTAR

Erməni politoloqları Azərbaycanın uğuru və Yerevandakı orta əsrlər düşüncəsi haqda

xezer konvensiya

 

Bu yaxınlarda Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalaması Ermənistanda böyük ajiotaj doğurub.

Virtualaz.org-un “Sputnik”ə istinadən məlumatına görə, hətta iş o yerə çatıb ki, Ermənistan Xarici İşlər Nazirliyi mətbuat katibinin səlahiyyətlərinin müvəqqəti icraçısı Anna Naqdalyan deyib ki, “sənəd onu imzalayan ölkələrin işidir”.

Bununla o, əslində, necə deyərlər, qızışmış ehtirasları soyutmağa çalışıb. Axı erməni ekspert dairələrində haqlı olaraq belə hesab edirlər ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması regionda uzunmüddətli və qlobal irəliləyişlər üçün əsas ola və Ermənistanın məğlubiyyətinə gətirib çıxara bilər. Yeri gəlmişkən, sabiq təhsil naziri, Respublika Partiyasının fraksiyasından Ermənistan parlamentinin deputatı Armen Aşotyan da bu barədə danışıb.

Ermənistan Politoloqları Assosiasiyasının prezidenti, siyasi elmlər doktoru Amayak Ovannisyan isə sosial şəbəkələrdən birindəki səhifəsində yazıb ki, Azərbaycan Rusiya, İran, Qazaxıstan və Türkmənistanla əməkdaşlıq etməyə qərar verib: “Xəzər dənizinin böyük sərvətindən istifadə üçün əməkdaşlıq münasibətləri forması qəbul edilib”.

Amayak Ovannisyan eyni zamanda yazır ki, Ermənistanda ölkənin üç keçmiş prezidenti arasında məsuliyyəti bölə bilmirlər.

O, “indiki uğursuz vəziyyətdə” onlardan hər birinin günah payını müəyyənləşdirmək üçün Levon Ter-Petrosyanın, Robert Köçəryanın və Serj Sarkisyanın birgə mətbuat konfransı keçirmələrində və üç prezidentin jurnalistlər tərəfindən çarpaz şəkildə sorğu-sual edilmələrində təkid edir.

“İctimaiyyət bu məsələdə qərəzsiz arbitr rolunu öz üzərinə götürmək hüququna malikdir, amma kim ki, bu hüququ almağa çalışacaq, neytrallaşdırılmalıdır. Aydındır ki, bizim ölkəmizdə düşüncə tərzi orta əsrlərə xas olan cavan insanlar var və onlar hələ Volterin bu məşhur ideyasını anlamaq üçün yetişməyiblər: “Mən sizinlə razılaşmaya bilərəm, amma öz həyatımı verməyə hazıram ki, sizdə öz baxışlarınızı azad ifadə etmək imkanı olsun””, -deyə Amayak Ovannisyan vurğulayıb.

Oxşar məqalələr