AXTAR

İsrailli alimlər insanın ölümqabağı son dəqiqələrinin mənasını izah ediblər

b_520_0_16777215_0___images_stories_1YANVAR_olum.jpeg

Ölümündən əvvəl insanın baş beyninin müəyyən hissəsi fəallaşdığına görə onun bütün həyatı gözünün qabağından keçir. Bu qənaətə irimiqyaslı tədqiqat aparan israilli alimlər gəliblər.

Hadassa Tibb Mərkəzinin əməkdaşları klinik ölüm keçirmiş 264 adama sorğu vərəqəsi göndəriblər. Respondentlərin cavabları əsas etibarilə birtipli olub və təsdiq edib ki, bir çox insanlar həqiqətən ölümdən əvvəl həyatlarının ən parlaq anlarını görürlər. Alimlərin fikrincə, bu proses çox güclü psixoloji gərginliyə və beyinin xatirələrə cavabdeh olan fəaliyyətinə görə işə düşür.

Azertag.az

Oxşar məqalələr